18 yanvar 2024 16:39
337

"Sevilya" "Mançester Yunayted"in futbolçusunu transfer etdi

"Sevilya" heyətinə yeni futbolçu qatıb. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. La Liqa təmsilçisi "Mançester Yunayted"dən Mateo Mexiyanı transfer edib. 

20 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Mateo "Mançester Yunayted"in U-23 komandasında oynayıb. O, 2019-cu ildə "Saraqosa" akademiyasından bu kluba keçib.