18 yanvar 2024 15:49
343

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, iki günü əhatə edəcək mərhələnin görüşləri fevralın 8-9-da baş tutacaq.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

8 fevral (cümə axşamı)
17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu

20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika stadionu

9 fevral (cümə)
16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Sumqayıt”
“Neftçi Arena”