İngiltərənin “Brentford” klubunun hücumçusu Ayven Toni yenidən futbol oynaya bilər.
“İki sahil” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, forvardın mərc oyunlarına görə üzləşdiyi cəzanın müddəti başa çatıb. O, paylaşımında “Azadlıq!” yazaraq 8 aydan sonra futbol oynaya biləcəyini bildirib.
Qeyd edək ki, Toni 2022-ci il mayın 17-dən heç bir oyunda çıxış etməyib.