17 yanvar 2024 14:44
330

Azərbaycan millisinin hücumçusu “Kocaelispor”a qoşulub

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev yeni komandası olan Türkiyənin “Kocaelispor” klubuna qoşulub.

“İki sahil” xəbər verir ki, 28 yaşlı hücumçu TFF I Liqa təmsilçisinin bugünkü məşqinə qatılıb.

O, çempionatın növbəti turunda “Eyüpspor”la keçiriləcək görüşə Körfəz Brunqa bazasında hazırlaşan kollektivlə ilk məşqə çıxıb. Tailandın “Buriram Yunayted” klubundan transfer olunan forvardın müqavilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, XIX turun “Kocaelispor” – “Eyüpspor” oyunu yanvarın 20-də keçiriləcək. Kocaeli təmsilçisi hazırda 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.