“Asan qələbə qazana bilərdik”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü və “Azərreyl” voleybol klubunun kapitanı Aynur İmanova Yüksək Liqanın IX turunda “Milli Aviasiya Akademiyası”nı 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
35 yaşlı voleybolçu ilk iki setdə çətinliklə üzləşdiklərini etiraf edib: “Qələbə münasibətilə özümü və komanda yoldaşlarımı təbrik edirəm. İlk iki setdə bir az çətinliyimiz oldu. Oyunçular arasında anlaşılmazlıqlar yarandı. Yenə də özümüzü toparladıq və qalib gəldik”.
Qeyd edək ki, “Azərreyl” 9 turdan sonra 22 xalla turnir cədvəlinə başçılıq edir.