17 yanvar 2024 11:26
274

Siriqunun yeni klubu bilindi

İtaliya millisinin və PSJ-nin sabiq üzvü Salvatore Siriqu karyerasını Türkiyədə davam etdirəcək.

“İki sahil” xəbər verir ki, 37 yaşlı qapıçı "Karagümrük"ə keçib. Bu barədə Superliqa klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiperlə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Sevilya", "Torino", "Cenoa", "Napoli" kimi klublarda da çıxış edən Siriqu son olaraq "Nitsa"da oynayıb. O, ötən ilin sentyabr ayından klubsuz idi.