17 yanvar 2024 10:59
288

Rusiyanın 16 yaşlı tennisçisi Avstraliya Açıq çempionatında sensasiyaya imza atıb

Rusiyalı tennisçi Mirra Andreyeva Avstraliya Açıq çempionatında sensasiyaya imza atıb.

“İki sahil” xəbər verir ki, 16 yaşlı idmançı 1/32 finalda dünya reytinqində 6-cı sırada qərarlaşan tunisli Ons Jaberi məğlubiyyətə uğradıb.

Qarşılaşma Andreyevanın 2:0 (6:0, 6:2) hesablı qələbəsi ilə bitib.

O, növbəti raundda Kamilla Rəhimova (Rusiya) - Dian Parri (Fransa) duelinin qalibi ilə üz-üzə gələcək.