16 yanvar 2024 18:03
496

“Araz-Naxçıvan” futbolçusunu icarəyə verib

“Araz-Naxçıvan” klubu futbolçusu Bayraməli Qurbanovu icarəyə verib.

“İki sahil”in Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi mövsümün ikinci yarısını I Liqada keçirəcək.

O, mövsümün sonuna qədər “Difai” klubunun formasını geyinəcək.

Qeyd edək ki, Bayraməli Qurbanov bu mövsüm Premyer Liqanın 9 oyununda 109 dəqiqə meydanda olub.