16 yanvar 2024 10:33
230

Paytaxtda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək

AFFA tərəfindən Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursu keçiriləcək.

“İki sahil”in milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, tədbir fevralın 5-8-i aralığında baş tutacaq.

Beş moduldan ibarət olacaq kursun növbəti sessiyaları 4-7, 25-28 mart, 15-18 aprel və 6-10 may tarixlərində təşkil olunacaq.

Kursda iştirak üçün ödənişin məbləği 1000 manatdır.