KÖŞƏ

Şəmsiyyə Əliqızı

Gündə bir dona girənlər...

14 mart 2018 22:07
7068

Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz. Hadisələrin gedişatından məlum olduğu kimi, seçki məğlubiyyəti ilə üzləşən şəxslərin hay-küy salmalarının heç bir əsası yoxdur. Çünki dağıdıcı müxalifətin keçirdiyi son mitinqin növbəti dəfə də fiaskoya uğraması bir daha sübut etdi ki, uğursuzluqla ötən illər hətta qohum-əqrabanı da onlardan uzaqlaşdırıb. Əvvəllər qohum-əqrabadan ibarət baş tutan yığıncaqlar artıq iynə, salfetka, peraşki satanların bazarına çevrilib. Onlarda söhbətə fransız olduqları üçün tək məqsəd əllərindəki malların satılmasıdan ibarətdir. Bütün bunlar destruktiv düşərgənin miskin durumunu bir az da nəzərəçarpan edir.  Xalqın dağıdıcı müxalifətə inamsızlığı üzqaraldan siyasi keçmişləri və bugünkü antimilli fəaliyyətləri ilə yaranıb.

Beləliklə, siyasi sistemin autsayderinə çevrilən dağıdıcı düşərgə təmsilçiləri xalqın etimadını doğrultmadıqlarından yenə də xarici qüvvələrə üz tuturlar. Qərb səfirliklərinin qarşısında sözün əsl mənasında dilənçilik edən, onlardan maddi-mənəvi dəstək almağa çalışan dağıdıcılar hələ də öz yalanlarına inanaraq ölkə daxilində ictimai asayişi pozmağa, zorakı yolla siyasi hakimiyyətə gəlməyə ümidli olduqlarını ifadə edirlər. Özlərini ata-ana “müxalifət liderləri” kimi təqdim edənlər xarici ölkələrin Azərbaycandakı səfirlərinin gözünə “kül üfürsələr”” də, gerçəklikdə isə ətraflarına həmfikir cəlb edə bilmirlər. Bunun ən başlıca səbəbi isə öz şəxsi mənafelərinə hesablanmış siyasət yürütmələridir. Xarici təşkilatlardan sədəqə kimi aldıqlarını xarici banklarda övladlarının adına yatırmaları, demokratiyadan, azad seçkidən ağız dolusu danışmalarına baxmayaraq illərdir ki, rəhbərlik etdikləri partiyanı  diktatura rejimi ilə idarə etmələridir. Bu ünsürlər sədrlik kürsüsünü və xəyanət yolu ilə qazandıqlarını heç kimlə bölüşmək istəmir, yeni simaların, rəhbərlərin üzə çıxmasının qarşısını alırlar. Bu cür yüzlərlə saxtakarlığı,  partiyadaxili intriqaları müşahidə edən sıravi üzvlər zaman-zaman oradan uzaqlaşdıqdan sonra partiya sədrlərinin iç üzünü bir daha açıb ortaya qoyublar. İyrənc əməlləri ucbatından sosial bazası dağılan dağıdıcı müxalifət sədrləri gündəmə gəlmək üçün şəhərin mərkəzində mitinq keçirmək, xarici təşkilatlara var olduqlarını nümayiş etdirmək istəyirlər. Aydın məsələdir ki, şəhərin mərkəzinə can atmalarının da əsaslı səbəbləri var. Bilirlər ki, yarıtmaz siyasi fəaliyyətləri ucbatından keçirəcəkləri mitinqlərə nəinki kütləni, heç qohum-ərabanı da cəlb edə bilməyəcək. Bu məqsədlə də şəhərin mərkəzi küçələrində evinə, işinə, dükana, bazara gedən əhalini də mitinq iştirakçısı kimi çəkib antiazərbaycan mövqeli xarici təşkilatlara göndərmək seçki öncəsi “donuzdan bir tük də qənimətdir” niyyəti ilə yararlanmaq istəyirlər.

Gündə bir dona girən, dünənə qədər Qərb dəyərlərini təbliğ edən Ə.Kərimli bu gün paltarları kombin edərək geyinir. Papağı qərbsayağı qoyur, şalvarı vəhabi sayağı geyinir. İslam pərdəsinə bürünərək mütəşəkkil silahlı dəstə və cinayətkar birlik yaradan, hazırda isə törətdiyi əmələ görə həbsdə cəza çəkən radikal dindarların “müdafiəçisi”” rolunu oynayır. Xalqın dəstəyindən təmamilə məhrum olan mənsub olduğu dinin heç bir tələbini yerinə yetirməyən, bir dəfə də olsun məscidin qapısından içəri girməyən Ə.Kərimli və tərəfdarları bu gün xarici səfirliklərdən aldığı böyük miqdarda vəsait hesabına üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün bütün vasitələrə əl atıraraq mollalıq da etməkdən çəkinmirlər. Əba geyinməsinə rəğmən aksiyaya az adam qoşulmasından hiddətlənən Əli Kərimli mitinqə gəlməyən dindarları cəhənnəmlə hədələyib. Göründüyü kimi, dağıdıcı ünsürlər öz məqsədləri naminə istifadə edərkən mitinqə gəlməyən, onların çağırışlarına səs verməyən insanları təhqir etməkdən belə çəkinmirlər. Bu Ə.Kərimli və onun əhatəsinin riyakar siyasətinin bir nümunəsidir.