11 dekabr 2023 23:44
280

Klub prezidenti hakimi döydü - VİDEO

Türkiyə Super Liqasının hesabat turunda keçirilən “Ankaragücü” - “Rizespor” matçında xoşagəlməz hadisələr yaşanıb.

“İki sahil” xəbər verir ki, final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca meydançaya daxil olub.

O, gözlənilmədən qarşılaşmanın baş hakimi Halil Umut Merele yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisii yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Həmin anın görüntülərini təqdim edirik: