06 oktyabr 2026 09:28
190

U-21 millimiz Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gələcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.

“İki sahil” xəbər verir ki, Rəşad Eyubovun baş məşçqisi olduğu komanda Bakıda Cəbəllütariq millisi ilə üz-üzə gələcək. B qrupunun görüşü "Bank Respublika Arena"da, saat 17:45-də start götürəcək. Qarşılşamanın baş hakimi lüksemburqlu Yasmin Sabotiç olacaq.

Qeyd edək ki, U-21 hazırda qrupda 6 komanda arasında 7 xalla 5-ci pillədə qərarlaşıb.