11 dekabr 2023 18:15
226

Zelenski: Yaranan fasiləni aradan qaldıracağıq

Ukrayna Prezidenti Volodimir Zelenskinin Konqresdəki fikir ayrılıqları nəticəsində Vaşinqtonun Kiyevə dəstəyində yaranan fasiləni aradan qaldıracaqlarını inanır.

"İki sahil” “RBK Ukraina”ya istinadən xəbər verir ki, o, bu barədə Latın Amerikası KİV-inə müsahibəsində deyib.

O ABŞ-nin Ukraynaya dəstəyinin azalmasından məyus olmadığını bildirib: “Biz çətinliklər qarşısında təslim olan insanlar deyilik. Bəziləri panikaya düşməyə başlayır və qələbəyə inanmır. Amma biz davam etməliyik”.

Prezident xatırladıb ki, o, bu günlərdə ABŞ-a gedəcək və həmkarı Cozef Baydenlə görüşəcək: “Çalışacağıq ki, ABŞ-nin Ukraynaya yardımındakı bu fasiləni aradan qaldıraq. Biz nəinki bunun, hər şeyin öhdəsindən gələcəyik”.