10 dekabr 2023 12:08
147

Azərbaycanın təklifi çox aydındır

30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla həll etmək mümkün olmadı.Bu illər ərzində azərbaycan əhalisi soyqırıma məruz qaldı,Qarabağın dağlıq hissəsi və ona bitişik ərazilər Ermənistanın təcəvüzü nəticəsində işğal olundu,bir milyona qədər qaçqın və məcburi köçkünlərin hüquqları tapdalandı.Atəşkəs sazişindən sonra uzun sürən danışıqlar prosesi də nəticəsiz qaldı. İşğal edilmiş ərazilərdə təbii sərvətlər və mədəni irs talan edildi,qeyri-qanuni məskunlaşma  aparıldı. Ermənistran davamlı hərbi təxribatlara əl atırdı,beynəlxalq sammitlərdə qəbul olunmuş prinsiplərin heç birinə əməl etmirdi. 

Azərbaycan tərəfi hər zaman  münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirmişdir. Ötən müddət ərzində Ümummilli Lider Heydər Əliyevin əsası qoyduğu  inkişaf strategiyasını Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev uğurla davam etdirdi. Azərbaycan hərtərəfli inkişaf etdi,siyasi və iqtisadi müstəqillik möhkəmləndi,hərbi potensial artırıldı. Ən əsası,Azərbaycan xalqı ötən 30 illik dövr ərzində işğalla barışmadı,ərazi bütövlüyünü bərpa etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti  hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatı başladı və “Dəmir yumruq”adını alan Vətən müharibəsinə çevrildi. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistanın ordusu məhv edildi,işğal altında olan ərazilər azad olundu,ərazi bütövlüyümüz təmin edildi,tarixi ədalət bərpa edildi.

Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Artıq işğaldan azad edilmiş torpaqlarımızda bərpa,quruculuq işləri sürətlə davam etdirilir,məcburi köçkünlər evlərinə qayıdır. Beynəlxalq layihələrin reallaşması üçün də yeni imkanlar yaranır. Postmünaqişə dövründə Ermənistanla münasibətləri nizama salmaq üçün Azərbaycan 5 maddədən ibarət baza prinsipləri təklif edir. Bu prinsiplər beynəlxalq hüquqa söykənir və Azərbaycanın mövgeyini  aydın göstərir. Azərbaycanın Ermənistana beş prinsip əsasında təklif etdiyi sülh müqaviləsinin əsasını –dövlətlərin bir-birinin suverenliyi,ərazi bütövlüyü,beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanıması,-dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmaması,-dövlətlərarası münasibətlərdə bir-birinin  təhlükəsizliyinə hədə törətməkdən,ərazi bütövlüyünə qarşı hadə və gücdən istifadə etməkdən çəkinməli,-dövlət sərhədlərin delimitasiyası və demarkasiyası.diplomatik münasibətlərin qurulması,-nəqliyyat və kommunikasiyaların açılışı,qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq qurulması təşkil edir.

Azərbaycanın qələbəsini həzm edə bilməyən Ermənistan və onun havadarları regionda əməkdaşlıq prosesini pozmağa çalışır. Ermənistan tərəfi sülh müqaviləsini imzalamasını uzadır, müxtəlif bəhanələr gətirir.

2023-cü il 6 dekabr tarixində “Qarbağ: 30 ildən sonra evə dönüş.Nailiyyətlər və çətinliklər” forumundakı  çıxışında Prezident bildirmişdir ki,Qarabağ bölgəsində yaşayan erməniləri də öz vətəndaşımız hesab edirik. Onlar həmin ərazidə qalmaq və yaşamağı istəsələr onların hüquqları və təhlükəsizliyi təmin olunacaq. Prezident İlham Əliyev söyləmişdir ki,Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir.Bu tamamilə beynəlxalq hüquqa uyğundur.Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxslər qeydiyyatdan keçə bilərlər.Azərbaycanın şərtləri aydın və qəbulediləndir - deyə Prezident vurğuladı.

Beləliklə,Azərbaycan reinteqrasiya ilə bağlı  geniş təkliflərlə çıxış edir. Sülh təklif edən də məhz Azərbaycan olub.Ermənistanın bir yolu var:  Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq,revanşizm mövqedən imtina etmək,regional əməkdaşlıq prosesinə qosulmaq. Cənubi Qafqazda sülhün təmin olunması üçün diplomatiya və əməkdaşlıq vacibdir. Azərbaycan Respublikası hər zaman sülh və əməkdaşlığa sadiqliyini bildirir.

E.Rüstəmova,
Bakı şəhəri, 55 saylı tam orta məktəbin Tarix müəllimi, 
YAP Xətai rayon təşkilatının "İ.Orucova 21A" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü