Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu Bakı-Şamaxı yolunun 123 km-də avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” markalı 77-JE-022 dövlət qeydiyyat nişanlı yük avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yük avtomobilinin mühərrik hissəsi və elektrik avadanlığı yanıb. Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Baş prokuror Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri ilə görüşüb
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - FOTO/VİDEO
Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
YAP Kürdəmir rayon təşkilatında Nəsibə Hidayətovanın 65 illik yubileyi qeyd olunub