Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması ilə bağlı qərarı Ümumi Yığıncaqda təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyətinin iclasında səsə qoyularaq qəbul edilən üzvlükdən çıxarılma barədə qərar Akademiyanın Ümumi Yığıncağı tərəfindən qəbul olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.
Baş prokuror Malayziyanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri ilə görüşüb
ADSEA Yengicə su anbarı və Şirvan suvarma kanalının tikintisi çərçivəsində mediatur təşkil etdi - FOTO/VİDEO
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
YAP Kürdəmir rayon təşkilatında Nəsibə Hidayətovanın 65 illik yubileyi qeyd olunub
Uşağın susan dili, danışan davranışları: nitq və psixoemosional inkişafın görünməyən siqnalları
Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib