07 noyabr 2023 02:16
290

Nəhayət, bəzi ermənilər başa düşüblər ki...

Ağılsız iddialarına və törətdikləri hərbi cinayətlərə görə sağdan-soldan başgicilləndirən zərbələr alan Hayastanda başa düşməyə başlayıblar ki, daha heç kəs onların nazı ilə oturub-durmayacaq. Buna görə də papaqlarını qarşılarına qoyub bunun səbəblərini öyrənməyə çalışıblar. Nəhayət, onlardan biri tapdığı cavabları yazılı şəkildə “faş” edib.

“Ermənistan-Rusiya münasibətlərində istər bugünkü kimi gərgin, istərsə də dostluq münasibətləri dövründə, əsas problemlərdən biri Ermənistandadır, beynimizdə və ürəyimizdədir.”

Bu sözləri erməni analitik və jurnalist, anti-Rusiya əhval-ruhiyyəli Tatul Akopyan özünün Feysbuk səhifəsində yazıb.

“Ermənistanın kollektiv siyasi fikri Rusiyanı daimi dost kimi qəbul edir. Rusiya öz maraqlarına əsaslanaraq Türkiyə ilə əməkdaşlıq edəndə və Azərbaycanı dəstəklədikdə biz çox məyus oluruq. İttihamlar başlayır: Rusiya bizə xəyanət etdi, Rusiya Türkiyə və Azərbaycanla çirkin sövdələşməyə getdi, Rusiya bizim düşmənimizdir!  Bəs kim dedi ki, Rusiya bizim əbədi dostumuzdur? Harada yazılıb ki, Rusiya gəlib bizi xilas edəcək? Niyə özümüzü inandırdıq ki, Ermənistan Rusiya üçün Türkiyə ilə Azərbaycan arasında paz kimi dəyərlidir və ruslar hər dəfə bu pazı sığallayacaqlar? İndi daxili müxalifət istisna olmaqla, hamıya aydındır ki, dəhliz məsələsində ən çox maraqlanan Rusiyadır. Rusiyanı olduğu kimi başa düşmək və qəbul etmək lazımdır. Amma düşmənçilik etməyə də ehtiyac yoxdur, bu, Ermənistana yeni zərbələr almaqdan başqa heç nə vermir”, - o bildirib. Əlbəttə, sırf erməni xislətidir ki, onlar üçün vətən tapan, dövlət  quran, paytaxt alan bir ölkəni buraya “kupça” düzəldəndən sonra  bu gün onu özünə düşmən sayır. Onlara ərazi vermiş Azərbaycanı və Türkiyəni də eynilə.

Belə görünür ki, XXİ əsrdə mağara əhval-ruhiyyəsi ilə gün keçirən hayların sivil bir xalq kimi formalaşmaları deyəsən XXII əsrə qaldı. Çünki bu qədər baş verənlərdən ağıllanmayaraq yenə də tayfa və mafiya qanunları ilə yaşamaqda davam edirlər. Müstəqil yaşaya bilməyən, daim girməyə qoltuq axtaran hayların ağıllı siyasət aparmaq üçün siyasi intellektləri çatmır. Bu faktı son otuz beş ildə onlara rəhbərlik edən beş dövlət rəhbərinin simalarında gördük. Sanki dünyaya yarımçıq abort olunmuş bu toplumun xalqlar arasında özünü sivil qaydalarla apara bilməməsi ona dəlalət edir ki, onun nifaq yaratmaqdan, düşmənçilik toxumu səpməkdən və müsibətlər gətirməkdən savayı bir məqsədi və ya vəzifəsi yoxdur. Astvas bu beynəvalara ağıl versin.

Vəli İlyasov, “İki sahil”