26 oktyabr 2023 11:30
207

Qubadlının azad olunması Azərbaycanın qüdrətinin göstəricisidir

Qubadlı rayonu Qarabağın, Kiçik Qafqaz dağlarının cənub-şərqində Ermənistan ilə sərhədində yerləşən rayonudur.Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir.Ərazisi 802 km2 olan rayonun əhalisi 41,6 min(1993-cüildə 28,1 min) nəfərdir.Ölkə ərazisinin 0,9 faizini Qubadlı rayonu təşkil edir.Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərq tərəfində Araz çayının sol sahilində yerləşir. Qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə,şimaldan Laçın rayonu ,Hadrut , şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsırhəddir. 

Qubadlı əhalisi əsasən kənd yerlərində məskunlaşmış və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdu.Yayı isti, qışı mülayim  olan Qubadlı rayonunda keçmiş Sovet İttifaqı zamanı örüş-otlaq və biçənək sahələrinin geniş olmasına ,  əhalinin maldarlıq sahəsində təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində baza ağırlıqlı olmuşdur.Burada mövcud olan otlaq sahələri respublikanın otlaq sahələrinin təxminən 0,7 faizini təşkil edir.Ərazisində hakim olan iqlimin və bol sulu çayların verdiyi imkanlara görə rayon sakinləri həm bir illik əkmələr, həm də çoxillik əkmələr becərə bilirdilər.Əsas məşğuliyyətin əkinçilik olduğu rayonda müxtəlif meyvələr, tərəvəzlər, xüsusən də taxıl, tütün və üzüm əkilirdi. 

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilmişdir.Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş ,rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşmüşdür.

1993-cü il avqust ayının sonunadək davam edən müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib .Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublukasının Milli Qəhrəmanı adına layiq görülüb.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücüm əməliyyatına başladı.44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün  bərbası ilə nəticələndi.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə qazanılmış möhtəşim Zəfər tariximizə qızıl hərflərlə yazıldı.Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu.Nəticədə rayon və şəhərlərimiz azad olundu.Azad edilən rayonlar arasında Qubadlı da var.

2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu və Azərbaycanın Silahlı Qüvvələri uğurlu əməliyyatlar nəticəsində Qubadlını azad etdilər. Hal-hazırda Qubadlıda digər azad olunmuş şəhərlərdə olduğu kimi bərpa-quruculuq işləri gedir.Artıq üç ildir azad olan Qubadlıda həyat yenidən canlanır.Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib.Qubadlıda Azərbaycan bayrağını ucaldıb.

Prezident    İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılıb . 2021-ci ildə oktyabrın 25 -də İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar.Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb,rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin aşılışında iştirak ediblər.Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyində Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində   iştirak ediblər.Həmçinin dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər.Qubadlı şəhərinin Baş planı ilə tanış olub,"İşğal və Zəfər" muzeyləri kompleksinin təməlini qoyublar.Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini,misilsiz qəhrəmanlığını,o cümlədən 44 günlük vətən müharibəsi zamanı qazandığı möhtəşəm qələbəni gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən,haqq səsimizi dünyaya çatdıran təşviqat mərkəzinə çeviriləcək.Zəfər muzeyindəki sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Qələbyə,o cümlədən "Dəmir yumruq" əməliyyatına həsr olunub.

Prezident İlham Əliyev Qubadlı "Bərgüşadçay" və "   Zabuxçay" su anbarlarının layihələri ilə də tanış olub.Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal idarəetmə Mərkəzinin təməlini qoyub.

İlham Əliyev bu il mayın 4-də ,eyni zamanda Qubadlı şəhərində 91 çarpayılı Mərkəzi Xəstəxana binasının , 600 şagird yerlik tam orta məktəb binasınin , ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak edib.     

Həmçinin 2023-cü il sentyabr 5-də Prezident İlham Əliyev "Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncamla Qubadlı Şəhəri Günü (25 oktyabr) təsis edilib.   

Görülən bütün bu işlər onu göstərir ki,Prezident İlham  Əliyevin rəhbərliyi ilə   Azərbaycan uğurla inkişaf edir.İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir.Ölkə başçımızın apardığı daxili və xarici siyasət,işğaldan azad olunan torpaqlarda görülən quruculuq işləri ölkəmizin daha işıqlı,nurlu gələcəyindən xəbər verir və mən əminəm ki,Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük naliyyətlər qazandıracaqdır.                       

Vəfa Quliyeva,
Bakı şəhəri, Xətai rayonu, 221 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü