26 oktyabr 2023 01:15
482

Qırın bir-birinizi erməni uşağı ermənilər!

İrəvandakı etirazların pərdəarxası: Qarabağda pullar necə “yuyulurmuş”?

Qarabağdan İrəvana qaçan separatçılarla Ermənistan hakimiyyəti arasında 800 milyon dollarlıq qarşıdurma böyüməkdədir. "Hraparak” nəşri xəbər verir ki, işğal dövründə "artsax” adından istiqrazlar buraxılıb. Separatçılara təkcə Ermənistan hökuməti maliyyə ayırmırdı, onlar həm də bu istiqrazlar vasitəsilə pul qazanırdılar. "Bu, əsasən Serj Sarkisyanın dövründə olub. Sarkisyan Ermənistanda bankları bu istiqrazları almağa məcbur edib və bu yolla Qarabağa pullar göndərilib. Qarabağda rejim ləğv edildikdən sonra vaxtilə bu istiqrazları alan banklar Ermənistan hakimiyyətindən kompensasiya tələb edirlər. Söhbət təxminən 340 milyard dramdan, yəni 800 milyon dollardan gedir”, - nəşr yazır. Məlumata görə, ötən həftə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan və hakim partiyanın bəzi deputatları Mərkəzi Bankın sədri ilə qapalı görüş keçiriblər. “Onlar pulların qaytarılmasının mümkünlüyünü izah ediblər. Lakin hakimiyyətin fikrincə, indiki hakimiyyət bunu ödəmək məcburiyyətində deyil”, - nəşr qeyd edir.

İrəvanda Qarabağ erməniləri separatçı rejimin sığındığı binaya hücum ediblər. Deyilənlərə görə, Samvel Babayan bir qrup Qarabağ ermənisini Samvel Şahramanyana qarşı qızışdıraraq binaya göndərib. Bunun isə əsasən iki səbəbi var. Birincisi, Babayan mühacirətdə “fəaliyyət” göstərən qondarma rejimə rəhbərliyi ələ almaq, Qarabağdan gətirilən maliyyə resursları və xaricdən göndərilən ianə, yardımları idarə etmək niyyətindədir. Qısacası, az müddətə varlanaraq, aradan çıxmağı planlaşdırır. Çünki Araik Arutyunyan, Ruben Vardanyan kimi separatçıların həbsindən sonra gec-tez növbənin ona çatacağını gözəl anlayır. Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyanın ifadələri yaxın aylarda mənzərəni dəyişə bilər. Bu isə təkcə Babayanın yox, həm də separatçı rejimin digər tör-töküntülərinin yuxusuna haram qatıb. Ona görə də bu resurslar vasitəsilə varlanıb aradan çıxmaq yolu Samvel üçün müstəcəb sayılır. Bu arada, binaya daxil olan etirazçılar özünü hələ də separatçı rejimin “rəhbəri” sayan Samvel Şahramanyanla görüşüblər. Şahramanyan Qarabağdan köçən erməniləri sakitləşdirməyə çalışsa da, etirazlar səngiməyib. Açıqlamaya görə, Qarabağdan köçən ermənilər onları maraqlandıran suallara cavab tələb ediblər. Şahramanyan üzə çıxıb açıqlama versə də, onun dedikləri etirazçıları sakitləşdirməyib. Şahramanyan Qarabağ ermənilərinə bildirib ki, indiki çətin vəziyyət haqqında çox şey deyə bilər, lakin bu, Ermənistan üçün təhlükəlidir: “Mən sizə çox şey deyə bilərəm, lakin bu, Ermənistanın gələcək taleyi üçün ciddi təhlükədir. Biz hamımız son dərəcə çətin vəziyyətdəyik. Bizim burada düşmənimiz yoxdur. Bizim bir düşmənimiz var və bunu hamı bilir. Mən bütün qərarlarıma görə məsuliyyət daşıyıram”. Bu açıqlama ilə əslində Şahramanyan separatçı rejimin ləğvinə görə Paşinyan iqtidarının məsuliyyət daşıdığını diqqət mərkəzinə çatdırıb. Amma bu fonda Nikol Paşinyan iqtidarının da cavabı gecikməyib. Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vağarşak Hakopyan qeyd edib: “Qarabağ sakininin cavab tələb etmək hüququ var: son 30 ildə Ermənistandan axın edən milyardlar haradadır? Qarabağ sakininin o sənəddə Ermənistan Silahlı Qüvvələrinin niyə yazılmasına dair cavab tələb etmək hüququ var. Qarabağın “rəhbərlərindən” birinin İrəvanın mərkəzində 50-dən çox daşınmaz əmlaka sahib olması barədə məlumatlar var.O, bu qədər mülkü haradan alıb? Qarabağ sakinləri nəhayət ki, Qarabağı kimin saxladığını və onu kimin təhvil verdiyini başa düşdü. “Qarabağ rəsmiləri” bunun niyə baş verdiyini və o milyardları haradan əldə etdiklərini izah etməlidirlər”. Maraqlıdır, aksiya iştirakçıları da qeyd ediblər ki, separatçı rejim illərdir onları qarət edib və bu pullara bahalı evlər, maşınlar alırlar. Hətta bəziləri təklif ediblər ki, bu evlər onların əlindən alınmalı və Qarabağ ermənilərinə verilməlidir.

Paşinyana yaxın erməni ictimai xadim Mikayel Hayrapetyan isə bildirir: “Ermənistanı amputasiya ediblər, bir qanadını kəsiblər, qanaxma davam edir. “Qarabağ məmurları” səfil kimi pul istəyirlər. O pul Qarabağ sakinlərinə verilsin, 30 ildir onu yeyən əclaflara yox. Şahramanyan kimilərini buradan qovmaq lazımdır. Onlar “mühacirətdə olan hökumət” deyil, Rusiya agentləridir”. Onların Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə dəvət olunaraq dindirilməsi isə bu şəxslərin sıradan çıxarılacağını deməyə əsas verir. Sentyabrın sonlarından bu yana bir sıra “eks-məmur” dindirilir, barələrində cinayət işi açılır. Yəqin ki, yaxın vaxtlarda növbə Samvel Şahramanyana da çatacaq. Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsi (hərbi vəziyyət və müharibə dövründə komandirin və ya vəzifəli şəxsin öz səlahiyyətlərini yerinə yetirərkən vicdansız və səhlənkar münasibət sərgiləməsi, öz vəzifələrini layiqincə yerinə yetirməməsi) ilə açılan cinayət işinə görə bir sıra məmurun dəmir barmaqlıqlar arxasına keçəcəyi gözlənilir.

Sevinc Azadi, “İki sahil”