25 oktyabr 2023 02:57
405

Haylara canfəşanlıq edən səfirə zəruri xatırlatmalar...

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvandakı Rus Evində “Rus soydaşların 15-ci konfransı” adlı tədbirə qatılaraq çıxış edib. Azərbaycana qarşı xoş məramı olmayan diplomat çıxışında bildirib ki, Qarabağdan “100 min sakinin öz vətənlərini necə məcburən tərk etdiyinin” şahidi olub. Ağ yalan söyləyən səfirə nə deyəsən, yəqin ermənilərin suyu bunun da üstünə sıçrayıb.

“Bu faciənin ilk günlərindən Rusiya məcburi köçkünlərə həm özəl təşkilatlarlar, həm də dövlət səviyyəsində kömək göstərir. Rusiya bunu özünün faciəsi kimi qəbul edir”, – deyə diplomat bildirib. Yəni, Kopırkin Azərbaycana yapışmayan şər atıb. Halbuki hamıdan yaxşı elə Rusiya, ələlxüsus onun bölgədəki diplomatları, Qarabağdakı hərbi kontingentin komandanı bilir ki, bu könüllü köç, başqa cür deyilsə  yerdəyişmə olub. Azərbaycan ermənilər buraya gələndə etiraz etmədiyi kimi, getmələrinə də etiraz etməyib. Məcburiyyət olubsa da yalnız tarixin zibilxanasına atılmış xunta rejimi tərəfindən edilib, onun isə Azərbaycana dəxli yoxdur. Köçün əsas səbəblərindən birincisi odur ki, uşaqlardan və əli silah tutmayan qocalardan başqa bütün ermənilər azərbaycanlılara işgəncələr verilməsində, onların qəddarlıqla qətlində və soyqırımında fəal iştirak ediblər. İndi necə qalsınlar? Hətta rəhbərliyimiz onlara "qalın" dedi, ancaq onlar qalmadılar. Çünki onlar bu cinayətləri törədərkən qəhrəmanlıq etdiklərini düşünüblər. Buna baxmayaraq Bakı hələ də gedən erməni sakinlərin evlərini, mülklərini qoruyur və onları geri çağırır, ancaq məlum şərtlərlə...

Maraqlı dövlətlər yaxşı bilirlər ki, Azərbaycan Ordusu bu il 19-20 sentyabrda Qarabağda zərgər dəqiqliyi ilə apardığı lokal antiterror əməlyyatı zamanı nə dinc erməni əhali, nə də mülki infrastruktur və evlər ziyan görüb. Çünki hədəf yalnız legitim qanunsuz hərbi obyektlər, terrorçular olub. Faktı BMT missiyası da təsdiqləyib. Daha nə lazımdır? İtin-qurdun bilmədiyini bilən Rusiyanın səfiri bəlkə bunları da bilmir?

Könüllü erməni köçünü necə faciə adlandırmaq olar? Onsuz da ermənilər yurd salıb oturmayan köçəri tayfadır. Ona görə dünyanın avara toplumu  kimi vətənləri yoxdur. Kim də bilməsə əcdadlarının onlara "vətən" düzəltdiyini  Kopırkin bunu hamıdan yaxşı bilir ki! Biz hələ bəzi Qərb dövlətləri və dairələrinin əllərində dəsmal, həyasızcasına və yalandan “etnik təmizləmə” ağlaşmasını demirik.

Bu yerdə Kopırkinə xatırlatma lazım gəlir ki, bölgədə həqiqi köç, etnik təmizləmə faciəsi yaşanıbsa, bu, yalnız Qərbi azərbaycanlıların başına gəlib. Məhz soydaşlarımız axırıncı nəfərinədək sonradan “Ermənistan” adlandırılan qədim Türk yurdundan zorla, kütləvi şəkildə, varidatları əllərindən zorla alınaraq, normal möhlət verilmədən qovulublar. Özü də qışın sərt şaxtasında ayaqyalın, başaçıq. Guya haqq-ədalətdən, humanistlikdən dəm vuran diplomat niyə həmin tədbirdə Ermənistanın necə monoetnik dövlətə çevrilməsindən danışmayıb? Bu ki, Moskvanın gözü qarşısında, hətta onun “dobro”su ilə həyata keçib – istər ötən əsrin 1948-53-cü illərində olsun, istərsə də 1988-89-cu illərdə...

Haqq-ədalətdən danışan səfir niyə izah etmədi ki, Qarabağda qondarma “rus icması”nı hansı məqsədlə yaratmağa girişmişdilər. Azərbaycan dövlətindən icazə almadan. Bu, o dərəcədə gülünc layihə idi ki, hətta ölkəmizdəki qanuni rus İcması ona etiraz etmişdi. Bizcə, Rusiya dövlətinin adından danışmalı olan səfirin qərəzli fikirləri və yersiz canfəşanlığı tamamilə qəbuledilməzdir.

Vəli İlyasov, "İki sahil"