24 oktyabr 2023 01:42
316

Xəlvətdə it də "tort" yeyər...

Samvel Şahramanyan gorbagor babası qulağıkəsik Andronikdən də həyasız çıxdı

Həyasızlıqlarından, yalançılıqlarından, oğurluqlarından, bir sözlə, rəzilliklərindən əl çəksələr erməni olmazlar ki!

Ləğv edilmiş qondarma qurumun başçısı Samvel Şahramanyan İrəvanda etiraz aksiyası keçirən separatçılara müraciət edib. Separatçıların başında "müdafiə naziri" olmuş Samvel Babayan durur. Qarabağ ermənilərini qızışdırıb düşmən münasibətində olduğu Şahramanyanın üstünə göndərən də odur. O aksiyaçıların dili ilə sorğulayr ki, “artsax”I hansı ixtiyarla ləğv edib? Niyə Xandəndini qoyub qaçıb? Şahramanyan isə yaxasını qurtarmaq üçün “heç bir sənəd xalqın yaratdığı “dövləti” ləğv edə bilməz” deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanın İctimai Televiziyasına müsahibə verəcək və insanları narahat edən bütün məsələlərə aydınlıq gətirəcək. Qondarma “prezident”in açıqlamalarından razı qalmayan etirazçılar İrəvanın mərkəzində aksiya keçiriblər. Aksiya iştirakçıları Samvel Şahramanyanın gah qardaşı, gah da əmisi oğlu deyilən "administrasiyanın rəhbəri" Karen Şahramanyanın ərazidə olduğunu görüblər və ona hücum edərək döyüblər. Əcəb ediblər, ancaq bizim şərh edəcəyimiz bu məsələ deyil.

Məsələ ondadır ki, bizim Yusif Sərracımız kimi cəmi bir həftə "prezident" olan Samvel Şahramanyan babası qulağıkəsik general Andronik Ozanyandan da həyasız çıxdı. Andronik laçınlı Sultan bəyin qoşunları tərəfindən darmadağın ediləndən sonra arvad paltarı geyinib Zabux dərəsindən qaçaraq canını qurtardı.  Çünki ona demişdilər ki, türklər düşmənlərin arvad xeylaqlarını yoxlamırlar. Qulağıkəsik general həmin rüsvayçılıqdan sonra Qafqazdan həmişəlik qaçaraq Amerikaya getdi. Orada bir erməni lomla vurub onu cəhənnəmə vasil elədi. Onu vurğulamaq istəyirik ki, ağır məğlubiyyətdən sonra ermənilər arasında baş gəzdirə bilməyən ən qəddar daşnak Andronik belə biabırçılığa dözməyib cəlayi-vətən oldu. Ancaq bu Şahramanyan deyilən kəs abır-həya zad qanmır, o cür darmadağından sonra qaçıb oturub Hayastanda və gündə bir sarsaq fikir söyləyir. Məğzi də ondan ibarətdir ki, burada öldürüb basdırdığı "artsax"ı qaçıb İrəvanda "diriltdiyini" deyir. Bilmir ki, cəhənnəmə gedən ölü dirilmir.

Hadisələrin geduşi göstərir ki,  İrəvanda Şahramanyanı heç də səadət gözləmir. Köçdən əvvəl Xankəndidə “dərə xəlvət tülkü bəy” idisə, indi vəziyyət heç də yaxşı deyil. Az-cox qalan nüfuzunu Xankəndidə qoyub gələn terrorçubaşı həm “sağ”dan, həm “sol”dan, həm də “yuxarı”dan göstərilən üçqat təzyiq altında qalıb. Özünü sığortalamaq, zərbələrdən yayınmaq üçün hətta tüpürdüyünü də yalayıb, yəni, “artsax”ı heç kəsin ləğv etmədiyini, İrəvanda oturub  mübarizə aparacağını deyib. Artıq məlumdur ki, “Qarabağ klanı”nın keçmiş rəhbərləri və  hakimiyyət gözə görünməyən tərzdə onu sıxışdırırlar. Birinci qüvvə Şahramanyanı Qarbağdan qaçdığına və ardınca bir neçə min ermənini də apardığına görə bütün günahları onun belinə şəlləyirlər. Bunlardan başqa revanşistlər və daşnaklar da Şahramanyanı Qarabağı boşaltdığına görə nişangaha götürüblər. Baş nazir Nikol Paşinyan isə qəzəbli və narazı kütlənin İrəvana toplaşmasını istəmir. Çünki özü 2018-ci ildə Teatr meydanına topladığı həmin kütlənin qəzəbi ilə Serjik Sarkisyanı qovaraq baş nazir oldu. Yəni, öz təcrübəsində kütlə qəzəbinin “dadı”nı yaxşı bilir. Ona görə də düşünür ki, zaman gələcək hiddətlənmiş həmin ermənilər onun özünə qarşı da çıxacaqlar. Narahatlıq doğuran bu səbəbdən Nikol Paşinyan Samvel Şahramanyanın bəzi təkliflərini rədd edərək ona üz vermir. Ancaq Şahramanyan təsiri altında olduğu xarici qüvvələrin alətinə çevrilərək köç məsələsinin haray-həşirini genişləndirmək, "yazıq" obrazını yenidən canlandırmaq və əvəzində milyonlar qazanmaq məqsədi ilə onu yenidən “diriltmək” və gündəmdə saxlamaq xətti götürüb. Bu baxımdan onun ilk məqsədi Qarabağdan Rusiyaya və digər xarici ölkələrə köçən ermənilərə qaçqın statusunun verilməsinə nail olmaqdır. Ancaq unudur ki, Laçın postundan keçən ermənilər könüllü getdiklərini, onlara zor tətbiq olunmadığını deyiblər. Onların hamısının köçmə səbəbləri kameralar vasitəsilə çəkilib dünyaya nümayiş etdirilib. Deməli, saxta qaçqın statusu verilməsinə əsas yoxdur. Deyək ki, məhv olmuş oyuncaq rejimin başçısı Şahramanyan ilk növbədə Cənubi Qafqazda aranı qızışdırmağa çalışan Fransanın işinə yarayacaq. Fransanın Ermənistana silah satışı barədə razılıq verməsi onu bir qədər ürəkləndirib. Görək hüllükbaz fransızla qorxaq dığanın işbirliyi alınacaqmı? Onların bir-birinə zidd iddiaları və mənafeləri buna imkan verəcəkmi?

Vəli İlyasov, "İki sahil"