22 oktyabr 2023 10:33
285

Füzulinin yeni siması göz oxşayır

17 oktyabr Füzuli Şəhəri Günü-Füzuli bayramıdır. Biz sevinc və qürur hisləri keçiririk. Çox xoşbəxt anlar yaşayırıq. Füzulimiz yenidən,daha gözəl,daha müasir şəkildə qurulur. 2020-ci il 17 oktyabr Füzulinin azad olunmasının qələbə sevincini yaşamışdıq. Prezident,Müzəffər Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunun erməni işğalçılarından təmizləndiyi xəbərini verdi. Füzulilərin torpaq həsrəti bitmişdir.

Füzulinin azad edilməsi növbəti qələbələrə yol açdı. Bu günlər xalqımız üçün unudulmazdır. Bu günə görə,əziz şəhidlərimizə borcluyuq. Bəli,bu həqiqətdir. Dövlətin nə qədər gücü,nə qədər silahı olsa,nə qədər düzgün hərbi əmliyyatlar planlaşdırsa da,qələbəni əldə edən əsgərdir,zabitdir. Biz onlara əbədi borcluyuq. Azad edildiyi gündən etibarən işğaldan azad edilmiş bütün ərazilər kimi,Füzuli rayonununda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Yüksək beynalxalq standartlara cavab verən hava limanı inşa edilib. Füzuli Beynalxalq Hava Limanından həm xarici,həm də daxili uçuşlar həyata keçirilir. Zəfər yolunun çəkilişi yekunlaşıb,Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının,Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzinin,Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəllələrinin tikintisi sürətlə davam edir. İşlər fərəh doğurur. Qalib prezidentimiz İlham Əliyev heç bir dövlətdən yardım almadan qüdrətli ölkəmizin imkanları hesabına Qarabağı müasir yaşayış məskəninə çevirmək əzmindədir. Bəli,Qarabağ yenidən qurulur. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomativinə çevriləcək. Füzulidən keçən kommunikasiya xətləri yenilənib. Müasir standdatlara cavab verən avtomobil yolları tikilir,elektik xətləri yenidən qurulur,yeni yarımstansiyalar istifadəyə verilir. Şəhərin mərkəzində 5 hektar Memorial kompleks və ona bitişik Zəfər parkı olacaq.Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. 21 hektarlıq Mərkəzi Park da salınacaq. Təbii ki,görülən işlər Füzulidə həyatı dəyişəcək. Dövlətimiz burada həyatın yeniən canlanması,oraya qayidacaq vətandaşlarımızın rifahının yüksəlməsi və işlə təmini istiqamətində mühim tədbirlər görür.

Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli,rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır. Prezidentimiz İlham Əliyev uşaq və gənclərin təlim-tərbiyəsinə,vətənpərvərlik ruhunda və sağlam yetişməsinə daim xüsusi diqqət yetirir. Orada müasir standartlara cavab verən uşaq bağçaları,idman kompleksləri tikilir,yeni şəhər,qəsəbə və kəndlərin təməli qoyulur. Füzulidə Peşə liseyi,Mərkəzi xəstəxananın,Mərkəzi parkın,inzibati binanın layihələnmə işləri sürətlə davam etdirilir. 2026-cı ilədək ümumilikdə 5678 evin,3352 fərdi yaşayış evinin və 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulmuşdur. Bəli,Füzuli tamamilə yenidən qurulur. Füzulinin yeni siması insanı valeh edir. Burada məskunlaşan füzulilər xoşbəxtdir,həyatlarının ən sevimli,fərəhli günlərini yaşayırlar. Füzulinin gəncləri öz doğma torpaqlarında yaşamağa qərar veriblər. 30 illik həsrətdən sonra sakinlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Füzuli şəhərinə 8009 sakinin köçməsi planlaşdırılır. İlin sonunadək 2 min vətəndaşımızın yaşayacağı nəzərdə tutulub. Prezident İlham Əliyev 2026-cı ilin sonunda Füzulidə 22 min insanın məskunlaşmasını söyləməklə Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirmiş oldu. Bakı və Sumqayıt şəhərlərində,Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşan ailələr Füzuliyə köçürülür. Bu dəfə daimi. Füzulinin uzun illər işğaldan çəkdiyi əziyyəylər yenilənmiş Füzuliyə qayıtmaqla yaddan çıxaracaq. Füzuliləri gözəl,firavan günlər,xoşbəxt gələcək gözləyir.

Səadət Süleymanova,
YAP Xətai Rayon təşkilatının”G.Şıxlinski 11”ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
204 nömrəli tam orta məktəbin müəllimi