19 oktyabr 2023 18:24
185

Fizulinin yeni siması göz oxşayır

Xəlqə ağzın sirrini  hərdən qılır izhar söz,

Bu nə sirdir ki,olur hər ləhzə yoxdan var söz.

Dahi şairin bu aforizim kimi səslənən sözlərində sözün qüdrəti və bu sözü ifadə edən şəxsin necə söz sahibi olması öz sübutunu tapır.

Hər bir şəxs dünyaya bir fərdiyyət kimi gəlir.Onu formalaşdıran və fərdə çevirən ailə,mühit və məktəbdir.Bu üçlük  bir vəhdət təşkil edərsə,istənilən bir fərdi şəxsə,hətta şəxsiyyətə çevirə bilər.

Bəli,bu gün tarixi bir həqiqətə çevirən şəxsiyyətlər yetişdirmək bir dövlətin vətəndaşı olmaqdan qürur hissi duymamaq olmur.Sözə,sözün qüdrətinə dəyər verən dahi sənətkarın adını daşıyan bu torpaq əsl sakinlərinə bir ərmağan oldu-öz sözünün sahibi olan şəxsiyyət sayəsində.

O şəxsiyyət ki,30 il xalqın ürəyində bir qübara çevrilən yaranı bir dəfəlik silməyə qadir olan qüdrətli sərkərdəyə çevirdi.

Prezident İlham Əliyevin gördüyü əvəzolunmaz nailiyyətlər  içərisində 17 oktyabr “Fizuli şəhəri günü” buna bariz nümunədir.

Bütün Fizuli sakinləri kimi hər birimiz qürur hissi keçiririk.Öz xalqının mənşəyinə,mədəniyyətinə,soy-kökünə sadiq qalan vətəndaşlar yetişdirib dəyərli torpağımız.  Qoy bu bütün dünyaya bir siqnal olsun!Belə güclü dövləti və dövlətinin önündə əsl xalqına layiqli komandanı olan bir Vətən basılmaz.

Bu gün bu torpağın üzərində artıq nadan qədəmləri deyil,abadlıq işləri,göz oxşayan gözəlliklər öz izlərini qoyur. Yaradılan,bərpa edilən kəndlər,qəsəbələr,tikilən,iyaşə obyektləri,aeroport,salınan bağlar,yeni yollar geriyə dönüş edən buranın əsl sakinlərinə bir töhfədir.

 Bu gözəllikləri yaradan əllərə alqış!

 Bu tarixə dönüş edən,xalqına əsl tarix yaşadan şəxsiyyətə alqış!

 Bu şəxsiyyəti yetişdirən,xalqına bəxş edən Azərbaycanıma alqış!

Aygün Cəfərova,
204 № tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü