19 oktyabr 2023 18:12
124

Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi

Dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, həmin qurumların fəal üzvünə çevrilmək və ölkənin dünyaya inteqrasiyasını təmin etmək Azərbaycanın qarşısına qoyduğu ən mühüm vəzifələrdən idi. Ötən dövr ərzində qarşıya qoyulan məqsədə çatmaq üçün çox mühüm addımlar atılıb. Yüksək peşəkarlıqla aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, ötən 30 ildə Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal faktı dünyanın ən mötəbər beynəlxalq təşkilatları tərəfindən qəbul edilib. Məhz beynəlxalq siyasi müstəvidə qazanılmış uğurlar 44 günlük Vətən müharibəsində ölkəmizin haqlı mövqeyinin nümayiş olunmasına geniş imkanlar yaratdı.

Müstəqillik illərindən başlayaraq Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Tərəflər arasında bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da xüsusi önəm kəsb edir. Bu tarixi hadisə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun növbəti təzahürü olmaqla yanaşı, Aİ ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir. Şübhəsiz ki, burada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının xüsusi əhəmiyyəti var. Bu istiqmətdə də Avropa İttifaqı olduqca fəal iş aparır. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf edib dərinləşməsi istiqamətində qarşılıqlı maraq mövcuddur. Yaxın gələcəkdə də bunun şahidi olacağıq. Dünyada olduqca mürəkkəb və sürətlə dəyişən siyasi proseslərin getdiyi bir dövrdə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə nəticəsində tariximizin yeni mərhələsinin əsası qoyulmaqla yanaşı, regionda və bütövlükdə beynəlxalq siyasi münasibətlər sistemində də yeni bir dövr başlayıb. Bu bir reallıqdır ki, Cənubi Qafqaz bütün dünyanın diqqət mərkəzinə çevrilib. Burada yaranan əməkdaşlıq imkanları regionda marağı olan qüvvələr üçün geniş imkanlar açıb.

          Azərbaycanın Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlarla əlaqələri var və bu münasibətlər uğurla davam edir:

2011-ci ildə isə ölkəmiz Qoşulmama Hərəkatına üzv olub. Qoşulmama Hərəkatının tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını, desək, yanılmarıq.

Azərbaycan  dövləti Qafqaz  tarixində köhnə səhifələri bağlayıb yeni və qızıl hərflərlə yazılmış  yeni bir səhifə açır. Qarabağ probleminin düyünləri  Qordi düyünütək açılır və ordumuzun dəmir yumruğu ilə işğala son qoyulur.
Azərbaycan ordusu ard arda zəfərlər qazanarkən sadəcə torpaqlarımızı işğaldan azad etmir eyni zamanda qarşımızdakı düşmənin iç siyasətini xaosa doğru sürükləyir. Bu səbəbdəndir ki  düşmən əllərində son ehtiyatları tükəndikcə çarəni döyüşməkdə deyil məsum insanlara qarşı terror fəaliyyətlərində görürlər.

Ermənistan rejimi sadəcə hərbi məğlubiyyət yaşamırErmənistan rejimi sadəcə hərbi məğlubiyyət yaşamır bunun arxasınca ilk növbədə iqtisadi və sosial ictimai böhran yaşayır illərlə inandıqları böyük Ermənistan yuxusundan onları

Azərbaycanın dəmi ryumruğu oyadır. Böyük Ermənistan yoxdur. Böyük Azərbaycan xalqı və dövləti vardır. Bu yaşadıqları məğlubiyyətlərdən sonra ermənilər, bəlkə bunu başa düşərlər.  Bu unudulmaz günlərdə düşmən mənfurluğunu və çarəsizliyini dəfələrlə vurğulmaqla bərabər cənab İlham Əliyevin liderliyində yenidən dövlətimizin və ordumuzun qəti qələbələrini dünyaya və xalqımıza çatdırmaq hər bir Azərbaycanlının borcudur.
Unutmayaq, müharibə, sadəcə səngərdə getmir. Azərbaycan tarixin elə səhifəsi yoxdur ki, orada qəhrəmanlarımız olmasın. Əslində, elə bütöv Azərbaycan xalqı qəhrəmandır. Həm də bu günün deyil tarixin qəhrəman xalqıdır. Unutmayaq,  düşmən nə qədər aciz də olsa, 30 illik fəaliyyət nəticəsində işğal altında olan torpaqlarımızda istehkamlar qurmuş və təşkilatlanmışdırlar. Füzuli şəhəri uğrunda gedən şiddətli döyüşlər buna sübutdur. Hər gün ekranlarda gördüyümüz ordumuz tərəfindən vurulan və ya qənimət götürülən milyonluq texnikaların mənbəyi və hansı vəsaitlə alındığı bu gün Azərbaycanlıları düşündürür və dövlətimiz ətrafında cərəyan edən çoxmüstəvili çirkin siyasi oyunların bir hissəsini üzə çıxarır.Azərbaycan dövləti hər zaman olduğu kimi bu oyunları da ifşa edəckdir. Buna bariz nümunə kimi, cənab prezidentin çıxışlarında vurğuladığı Ermənistana mülki təyyarələrlə silah və  qanunsuz şəkildə muzdluların daşınmasını göstərmək olar.
Bu,  həm də onu göstərir ki,  Azərbaycan dövləti hər zaman prosesləri diqqətlə izləyir və təhlil edir. Ordumuzun qələbələri torpaqlarımızı sadəcə işğaldan azad etmir,  həm də oraya mədəniyyəti insanlığı aparır.
Düşmənin ayağı zəncirlə bağlanmış əsgəri və tam təzhicatlı canavar baxışlı Azərbaycan əsgəri həm də insana verilən dəyərlərdəki fərqi ortaya qoyur. Qarabağdakı həlledici qələbədən sonra Şuşada muğam, Ağdamda azan səsləri, Cəbrayılda bulaqlarda su və oynayan uşaqların səsi kəsilməyəcəkdir.
Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi biz oraları cənnətə cevirəcəyik. Bütün Azəbaycanda görülən işlər bunu göstərir.
Təsadüfi deyil ki, azərbycanlilarin Qarabağda məskunlaşdıqları dövrdə Qarabağ mədəniyyət və incəsənət beşiyi olmuş və bir çox dahi bəstəkarlara ev sahibliyi etmişdir.
Torpaq onun  üzərində  insan kimi yaşayana məxsusdur, yəni Azərbaycana. Bunun arxasınca demək lazımdır ki, Ermənistan iqtisadi və sosial ictimai böhran yaşayır. İllərlə inandıqları böyük Ermənistan yuxusundan onları Azərbaycanın dəmir yumruğuoyadır.
Böyük Ermənistan yoxdur, böyük Azərbaycan xalqı və dövləti vardır. Bu yaşadıqları məğlubiyyətlərdən sonra ermənilər bəlkə bunu başa düşərlər.
Bu unudulmaz günlərdə düşmən mənfurluğunu və çarəsizliyini dəfələrlə vurğulmaqla bərabər cənab İlham Əliyevin liderliyində yenidən dövlətimizin və ordumuzun qəti qələbələrini dünyaya və xalqımıza çatdırmaq hər bir Azərbaycanlının borcudur.
 Unutmayaq, müharibə, sadəcə, səngərdə getmir. Azərbaycan tarixin elə səhifəsi yoxdur ki, orada qəhrəmanlarımız olmasın. Bu cənab prezident İlham Əliyevin komandanlığıilə günün qəhrəmanları, başda Hikmət Haciyev, Mais Bərxudarov, Hikmət Mirzəyev və hər birini şəxsən tanımasaq da, bu qələbədə rolu olan igid hərbiçilərimiz, dövlət xadimlərimiz, diplomatlarımızdır, əslində, elə bütöv Azərbaycan xalqı qəhrəmandır. Həm də bu günün deyil, tarixin qəhrəman xalqıdır. Unutmayaq, düşmən nə qədər aciz də olsa, 30 illik fəaliyyət nəticəsində işğal altında olan torpaqlarımızda istehkamlar qurmuş və təşkilatlanmışdırlar. Füzuli şəhəri uğrunda gedən şiddətli döyüşlər buna sübutdur.

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə hər il bundan sonra 17 0ktyabr Fizuli ili kimi qeyd olunacaq.

Ərazi bütövlüyü problemi milli dövlətçilik tarixi ilə yaşıddır. Sovetlərə daxil ediləndə Azərbaycanın ərazisi 113 900 kv km olub. Ancaq SSRİ dağılanda bu ərazi 86,6 min olub. Bu azmış kimi, düşmənlər və havadarları Qarabağı da işğal edərək onu Azərbaycandan qoparmağa çalışıb. Onlar bu torpaqları 30 il işğal altında saxlayıb. Bu yüzillik yara həm cümhuriyyətin, həm də respublikanın inkişafına böyük maneə idi. Azərbaycan gəncləri ərazi bütövlüyü və müstəqillik yolunda əziz canlarından keçib. Minlərlə azərbaycanlı bu yolda şəhid, qazi olub. Yüz minlərlə azərbaycanlı öz evlərindən, tarixi yurdlarından didərgin salınıb, ermənilərin və havadarlarının dəstəyi ilə etnik təmizləməyə məruz qalıblar.

Müstəqilliyini bərpa etmiş Azərbaycan Cümhuriyyətin işğalının 100-cü ildönümündə sovetdənqalma ərazisini işğaldan təmizləməyə nail olub. 2023-cü il sentyabrın 19-20-də isə lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçıların tör-töküntüləri bütün mənalarda tərk-silah edildilər. Bu, respublika ərazisində keçmiş SSRİ-dən qalma “muxtar vilayət”in də özünü buraxması ilə nəticələndi. Azərbaycan Müstəqilliyinin Bərpası Gününü ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə qeyd edir.

Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ən böyük uğuru da budur. Onun rəhbərliyi ilə indi işğaldan təmizlənən ərazilərdə quruculuq işləri davam edir. Qarabağ və ətraf rayonlardan olan qaçqınlar yurdlarına qayıdır. Ərazi bütövlüyünün bərpası onların təhlükəsiz yaşamasına imkan yaradır. Bu, milli müstəqilliyin bərpasının nəticəsidir. Ərazi bütövlüyü və suverenliyinin tam bərpası Azərbaycanın daha güclü, qüdrətli, demokratik olmasına yeni imkanlar açır, şərait yaradır. Müstəqilliyini bərpa etmiş respublika bir çox beynəlxalq layihələrin fəal iştirakçısı, müəllifidir. Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi sahəsində regional aparıcı rola malikdir. Cümhuriyyətin varisi təhlükəsizliyin təmin olunması və əməkdaşlıq məsələlərində də söz, əməl sahibidir.

32 ildən sonra Azərbaycan regionun ən güclü dövləti, dünyanın sayğı göstərilən dövlətlərindəndir. Regionda sabitliyin və təhlükəsizliyin dayanıqlı olması üçün Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, qərbi azərbaycanlıların pozulan hüquqlarının bərpa olunması vacibdir.

Bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli ay-ulduzlu bayraq dalğalanır. İlk dəfədir Azərbaycan dövlət bayramını ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş şəraitdə qeyd edir. Onun ərazisində qondarma rejimlər, strukturlar yaradıb, cinayətlər törədənlər də həbs edilib, məhkəmələrini gözləyirlər. Artıq Azərbaycan bayrağı altında ifadə verirlər.

Bu gün biz artıq 200 ildən sonra ermənisiz Qarabağa sahibik. Tarixən Azərbaycan torpaqları olan Qarabağ bizimdir. Qarabağ AZƏRBAYCANDIR!

Çiçək Əliyeva,
Xətai rayonu, A. S. Xəlilov adına 263 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 78" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü