19 oktyabr 2023 23:02
337

Azərbaycan etibarlı tərəfdaşdır

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

Biz bu gün tam əminliklə deyə bilərik ki, cənab Prezident  İlham Əliyev ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalış­maqla, xalqın maraq və mənafelərinə ca­vab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib. Azərbaycanın ölkə miqyasında, eləcə də dünya miqyasında əldə etdiyi böyük uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdirdiyi və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış siyasət və yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur. Cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biridir. Azərbaycanın Qoşulmama Hərəkatında liderliyi, BMT Təhlükəsizlik Şurası səviyyəsində qlobal təşəbbüsləri, o cümlədən pandemiya ilə mübarizə, dayanıqlı inkişafın təmin edilməsi təşəbbüsləri Azərbaycanı beynılxalq aləmdə gündəmii formalışdıran ölkələr sırasına daxil etmişdir. Cənab Prezident bu nöqteyi-nəzərdən beynəlxalq siyasətçi kim öz fəaliyyətini təkcə Azərbaycanın və regionun maraqları naminə deyil, həm də bəşər sivlizasiyası üçün dayanıqlı inkişafın vəzifə və məqsədlərinin formalaşmasına yönəltmşdir. Bu geniş miqyaslı fəaliyyətinə görə cənab Prezident İlham Əliyev bu gün dünyanın aparıcı liderlərindən biri kimi tanınır. Milli məsələlərdə güzəştə getməyən Prezident İlham Əliyev hakimiyyətə gələndən böyük zəfər gününə kimi Qarabağ məsələsində də heç bir güzəştə getmədi, Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. O, 44 gün ərzində siyasi, hərbi lider kimi durmadan, dincəlmədən sözün əsl mənasında vuruşdu, həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı.

İclasda çıxış edən Cənab Prezident İlham Əliyev qeyd  etmişdir ki , Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb.

Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.

Bu gün dinamik inkişaf edən və genişlənən əlaqələr ölkələrin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında da fəal qarşılıqlı fəaliyyətlə davam etdirilir. Prezident İlham Əliyevin dost və qardaş ölkə olan Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanmmış bir sıra sənədlər, hər iki ölkənin başçıları arasında formalaşmış şəxsi münasibətlər, qarşılıqlı hörmət və etimad yaxın gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsində, iqtisadiyyatda, kənd təsərrüfatında inkişaf üçün böyük perspektiv yaradır, həmçinin mədəni-humanitar sahədə daha sıx əlaqələrin qurulmasını vacib edir.

Qırğızıstan və Azərbaycan bütün sahələrdə - həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində əlaqələr xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə bundan sonrada uğurla inkişaf etdiriləcək

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı