16 oktyabr 2023 16:56
93

Fransa qeyri-konstruktiv və təxribatçı mövqedədir

Prezident İlham Əliyevin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında öz çıxışında erməni havadarları ifşa etmişdir. Prezident erməni havadarlarının  iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə Azərbaycanı ittiham etdiklərinə diqqət cəlb etmişdir. Prezident bu bu məsələdə əsas skripkanı çalanın Frans olduğunu bildirmişdi. Fransanın bu cür mövqeyi ölkəni təmsil edən rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. 

Xüsusən 44 günlük müharibədən bu günədək Fransa öz qeyri-konstruktiv və təxribatçı rol oynamaqda davam etməkdədir. Lakin göründüyü kimi Azərbaycanın ünvanına səslənən əsassız ittihamlar və təhdidlər nəticəsiz qaldı. Fransa Prezidentinin Azərbaycanı beynəlxalq hüququ pozması barədə ittihamları qərəzli xarakter daşıyır.  Azərbaycanın öz ərazisi daxilində antiterror əməliyyatı aparması zamanı beynəlxalq hüququn  pozulmasından söhbət gedə bilərmi?

Azərbaycan həmişə beynəlxalq hüquq normalarına, Cenevrə Konvensiyasına tam əməl edir. Halbuki 30 il ərzində Fransanın  dəstəyinə arxalanan  Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycanın 20 faiz torpağını işğal altında saxlamaqdadır. Ermənistan təkcə bu əraziləri işğalla kifayətlənməmiş azərbaycanlılara qarşı olmazın cinayətlər törətmiş, maddi mədəniyyətimizi məhv etməyə çalışmışdır.

Erməni havadarı Fransanın cinayətkar əməllərini ifşa edən Prezident haqlı olaraq bildirib ki, Fransız rejimi vaxtilə azadlıq istəyən “milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib”. Prezident bunun soyqırım olduğunu vurğulamışdır.

Ermənistanın havadarını ifşa etməklə  Prezident İlham Əliyev beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartlara diqqət çəkmişdir. Butun bunlarla bərabər regionda konstruktiv münasibətlər qurmağa çalışan, mahir və uzaqgörən siyasətçi Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşmasına hazır olduğunu da bildirmişdir.  Bu isə bir daha beynəlxalq riyakarlığa qarşı çıxan Azərbaycanın regionda sülhün bərqərar olmasına niyyətli olduğunu sübut edir.

Hicran Quliyeva,
YAP Xətai rayon təşkilatının "Məzahir Rüstəmov 122" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü