15 oktyabr 2023 18:42
237

Qarabağ minilliklər ərzində bu ərazidə yaşamış azərbaycanlıların torpağıdır

Bəxtimizə mənfur düşmənlə qonşu olmaq düşüb. 1747-ci ildə Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdur. Təbii ki buna qədər əsrlər boyu burada azərbaycanlılar yaşamışlar. 1828-1830-cu illərdə Rusiya hakimiyyəti İran və Türkiyədən Cənubi Qafqaza 140 min erməni köçürüb. Onların böyük hissəsi ən səfalı, torpaqları məhsuldar, münbit olan Qarabağda yerləşdirildi. Rusiya hökümətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində ayrı-ayrı vaxtlarda ermənilər və azərbaycanlılar arasında nisbətin dəyişməsinə gətirib çıxartdı. 1920-ci ilin mart ayına qədər Dağlıq Qarabağda və Qərbi Zəngəzurda onminlərlə azərbaycanlının qovulması və əllidən çox müsəlman kəndinin məhv edilməsi ilə ermənilərin say çoxluğu təmin edildi. Bu Qərbi Zəngəzurun Sovet Ermənistanına verilməsi(1920) və Dağlıq Qarabağda Erməni muxtariyyətinin(1924) yaradılması üçün əsas oldu. Məqsədyönlü sürətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. 1991-1993-cü illərdə yeddi rayonu və bütövlükdə Qarabağı işğal etdilər. 30 il torpaqlarımız erməni tapdağı altında qaldı.

Dərs keçdiyim illər ərzində bir gün gələcək torpaqlarımız işğaldan azad olacaq, tarixi torpaqlarımıza qovuşacayıq deyirdim və buna inanırdım. Şükürlər olsun Prezidentimiz İlham Əliyevin səyi və ordumuzun şücaəti nəticəsində Zəfər tarixini yaşadıq. Torpaqlarımız işğaldan azad olundu. Zaman-zaman erməni vəhşiliyini gördük, Xocalı kimi bir dərdi ürəyimizdə daşıdıq, lakin ümidimizi itirmədik. Atalar yaxşı deyib: ”Yaşatdığını yaşamayınca ölmərsən”. Bu günlərdə Xocalı cəlladları tutularaq Bakıya gətirildi. Onlar layiqli cəzaların alacaqlar.

Ermənilər tarixdə qaniçən, qəddar haylar kimi qalacaq. Azərbaycan türklərinin isə şanlı keçmişi və bu günü var. Bu gün Azərbaycan prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində dünyada tanınır, sayılır, böyük uğurlara imza atır.

Ulu Öndərimiz Heydər Əliyevin sözləri ilə desəm, mən azərbaycanlı olmağımla fəxr edirəm. Çünki humanist, insanpərvər, torpağını, vətənini sevən, onun yolunda yüzlərlə şəhidi olan bir millətimiz var.

Allah dövlətimizi və millətimizi qorusun!

İradə Hüseynova,
Bakı şəhəri, Xətai rayonu, 165№-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
YAP Xətai rayon təşkilatının üzvü