16 oktyabr 2023 10:03
173

Azərbaycan MDB-nin işində iştirak  etməyə həmişə böyük əhəmiyyət verib

Müstəqil Dövlətlər Birliyi-8 dekabr 1991ci ildə yaradılmış keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarasi birlikdir. Azərbaycan parlamenti 1993-cu ilin sentyabr ayında ratifikasiya etdi və MDB-nin tam hüqüqlu üzvü oldu. MDB-nin ali orqani Dövlət Başçıları şurasıdır.Qarşılıqlı bərabərhüqüqlu və faydali əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarasi təşkilatdir.

Azerbaycan Respublikasi MDB çərçivəsində Ermənistan istisna olmaqla digər bütün üzv dövlətlərlə müxtəlif sahələrdə uğurlu əməkdaşliq, mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıqda öz milli maraqlarini rəhbər tutur.

11 oktyabrda MDB -yə üzv dövlətlərinin təhlükəsizliyi və xüsusi xidmət orqanlarının rəhbərləri şurasının 53-cü iclası Bakida kecirildi. İclas iştirakçılarını Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qəbul etdi. Çıxışında qeyd olundu ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bu görüşün də MDB-nin növbəti sammiti ərəfəsində kecirilməsi mühüm məsələlərin müzakirəsinə kömək edəcək. Bütün istiqamətlər üzrə təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Hazırki  mürəkkəb beynəlxalq səraitdə bu gorüşün keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Çünki təhdidlər artır, yeni qeyri-sabitlik ocaqlari yaranır və ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda MDB   dövlətlərinin təhlükəsizliyi və xüsusi xidmət orqanlarin rəhbərləri şurasinin operativ işindən asılıdır.

Ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü və nəticəyə yönəlmis əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Tarixi əlaqələr,ortaq keçmişimiz- bütün bu amillər MDB məkanında dostluğun möhkəmləndirilməsinə və qarşiliqli dəstəyə kömək edəcək. Cənab prezident qeyd etdi ki MDB-nin Təhlükəsizlik xidmətinin 53-cü iclasın məhz Bakıda keçirilməsi Azərbaycana, dövlətimizin xüsusi xidmət orqanları arasınd əməkdaşlığın səviyyəsinə münasibətinizi göstərir. Əməkdaşlığımızı  daha da möhkəmləndirməliyik.

Milada Qazıbəyova,
Bakı şəhəri, Xətai rayonu 165№-li tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü