16 oktyabr 2023 23:12
297

Xalqımıza Zəfər yaşadan Lider

Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciəti hər birimizin yaddaşındadır. Ulu Öndər öz namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürərkən bildirmişdir ki, “üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini, mənim siyasi varisim İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev axıra çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”

Beləliklə də, Azərbaycan xalqı öz səsini 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə  İlham Əliyevə vermişdir. Beləliklə, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna sadiqliyini, sevgisini və inamını bir daha sübut etdi.

Cənab İlham Əliyev Prezidentliyinin ilk günündən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atdı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. İlham Əliyev ölkə iqtisadiyyatını gücləndirmək üçün siyasi xətti davam etdirdi. Çünki Ümumilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisini daim rəhbər tuturdu. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu potensialdan səmərəli istifadə qarşıya prioritet məsələ kimi qoyuldu. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Dövlət başçısı daim bu fikri bildirir ki, neftlə zəngin ölkələr çoxdur. Lakin, onlarda heç də bu resurslar inkişafa, tərəqqiyə xidmət etmir. Bu ölkələrdə əhali arasında təbəqələşmə sürətli hal alır. Ölkəmizdə isə, iqtisadi strategiyanın dünya təcrübəsinə əsasən işlənib hazırlanması Azərbaycanda bu problemin yaşanmamasını şərtləndirdi. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirdi

Ümummilli Lider Heydər Əliyevin hər kəlamı, hər nəsihəti, hər sözü bir işıq kimi öz davamçısına yol göstərdi sanki. Azərbaycanda ordu quruculuğunun, iqtisadiyyatın, daxili və xarici siyasətin inkişafı nizamlanmış xətt üzrə davam etdirirlirdi. Davamlı inkişafın hər kəs şahidi oldu, bununla da xarici ölkələr Azərbaycana maraq göstərməyə başladılar. Azərbaycanda  neft və qaz hasilatı əhəmiyyətli dərəcədə artdı. 2006-cı ildə Cənubi Qafqaz Boru Kəməri fəaliyyətə başladı.  “Cənub Qaz Dəhlizi” layihəsinin təməli 2014-cü il sentyabrın 20-də qoyuldu. Bu layihə Azərbaycan qazının Avropaya nəql olunmasına şərait yaradır.  Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynadı. Bakı-Tiblisi-Qars dəmir yolunun açılışı Asiyanı Avropa ilə birləşdirməyə xidmət etmək üçün nəzərdə tutulub.  Azərbaycan neftinin birbaşa dünya bazarına çıxaran Bakı – Tbilisi – Ceyhan neft kəməri kimi nəhəng layihələrin icrası böyük əhəmiyyətə malikdir.

Ali Baş Komandan İlham Əliyev Hərbi sahədə gördüyü işlərlə Azerbaycana yeni nefəs verdi. Peşəkar hərbçilərimiz dünya ölkələrinin təcrübəsini öyrənmək üçün müxtəlif təlimlərə qatılıb peşəkarlıqlarını daha da artırdılar. Bunun nəticəsini həm 2016-cı ildə “Aprel döyüşləri”ndə , həm də 2020-ci ildə 44 günlük II Qarabağ müharibəsində gördük. Cənab İlham Əliyev, Heydər Əliyevin elə bir arzusunu gerçəkləşdirdi ki, bu, tariximizin ən şanlı, zəfər dolu səhifəsi oldu. 30 ilə yaxın müddətdə aparılan siyasi mübarizələr , nəhayət, öz bəhrəsini verdi. Ali Baş Komandan Qarabağın düşmən tapdağından azad olunmasından ötrü əmr verdi. Müzəffər ordumuz hərəkətə keçdi. Prezident İlham Əliyev 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etdi. Bir zamanlar Ümumilli Liderin güvəndiyi xalq bütün varlığı ilə cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Nəticədə Qarabağ azad olundu və cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı bütün dünyaya səs saldı.

Cari ilin 15 oktyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olmasının 20 ili tamam olub. Azərbaycan xalqı bir gün belə seçimindən peşman olmadı. Tam əksinə hər zaman qürur duyduq. Cənab Prezidentimiz İlham Əliyev öz siyasəti və ordumuzun qüdrətilə yeni dövrün müasir Lider obrazını yaratdı. Ali Baş Komandan 30 illik həsrətə son qoyduğunu və ata vəsiyyətini yerinə yetirdiyi üçün xöşbəxtliyini böyük qürur hissi ilə qeyd edir. Ölkəmizin davamlı uğurları, Qarabağda görülən yenidenqurma abadlıq işləri göz önündədir. Əminliklə deyə bilərik ki, Azərbaycanı hələ gələcəkdə bundan da çiçəkli, möhtəşəm günlər gözləyir. Xalqınız hər zaman sizi dəstəkləyir yeni dövrün müasir Lideri Cənab Prezidentimiz İlham Əliyev!

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkiatı Aparatının məsul əməkdaşı