15 oktyabr 2023 15:50
125

Fransız ətirli "demokratiya" küləyi

Məşhur deyimdə deyildiyi kimi coğrafiya qədərdir. Ölkəmiz yerləşmə baxımından sivilizasiyaların kəsişdiyi bir coğrafiyada yerləşir.Coğrafiyamızın ən böyük özəlliyi məhz bu kəsişmə nəticəsində tarixi şəraitin formalaşdırdığı etnik və dini rəngarənglikdir.Bu amil çox təssüf ki kolonialist dövlətlərin regionla bağlı məkrli planlarında pis niyyətlə istifadə edilir. Necə ola bilər ki yüz illər boyu Afrika və Asiya xalqlarını istismar edən,onları milli,irqi,dini diskriminasiya məruz qoyan kolonialist təfəkkür sahibləri anidən insan hüquqları müdafiəçilərinə çevrildilər?!Bu sualın cavabı məşhur el məsəlindədir: ilan qabığını dəyişər amma zəhərini dəyişməz! Neokolonialist siyasətin əsasını təcrübədən çıxmış Parçala və hökm et prinsipi təşkil edir.SSRİ dağıldıqdan sonra məhz qərbdəki havadarlarının köməyi ilə Dənizdən dənizə böyük Haystan yaratmaq xülyası ilə Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlayan Ermənistan regionda sülhü təhlükə altına almaqla yanaşı beynəlxalq komunikasiya layihələri üçündə əngəl yaratmışdır.Ermənistanın bu cürətində əlbətdəki xarici havadarlarınında əməyi böyükdür.Azərbaycan ordusunun qələbələri və qondarma qurumun ləğvi regionda sülhün təminatı üçün yeni perspektivlər deməkdir.Məhz belə bir şəraitdə qoca Qafqaza qərbdən yellər əsməyə başladı.Nə baş verdi ki imperialist dövlətlər anidən insan hüquqları müdafiəçilərinə çevrildilər?! Demokrtaya carçısı qərb imperializminin "əl işlərinə" baxsaq Əlcəzair qətliamı,Yugoslavia faciəsi,İraq xarabalıqları,Hind-Çin "laboratoriyası" kimi "şah əsərləri" görərik.Bu hadisələrin ən dəhşətlisi Srebrenitsa qətliamıdır.Hansı ki mahiyyət etibarı ilə Xocalını xatırladırdı.Və bütün bunlar "demokratik dünyanın" gözü qabağında baş verirdi.Amma dünya susurdu çünki geopolitik mənafeyi bunu tələb edirdi.Öz soydaşlarına qarşı təhqiramiz mənada şurdvaç ifsdəsini işlədən bir milləti-erməniləri genosid qurbanı kimi qiymətləndirmək isə əsil siyasi  məharət tələb edir!Bəli məhz qərbin seçimi Avrasiya qitəsinin yeganə monoetnik dövləti olan Ermənistandır.Məhz bu amil bir çox mətləblərdən xəbər verir.

Azərbaycan Ordusunun erməni ordusu üzərində qazandığı qələbələri Qərb imperializminin regionda dayaq nöqtəsinə çevirmək istədiyi Ermənistanın "köməyinə" demokratiya ab-havasıyla gəlməsi təsadüfi deyildir.Məhz onların canfəşanlığı Ermənistanın siyasi rəhbərliyinin siyasi xülyalardan əl çəkməməsinə səbəb olur.Erməni xalqını öz geopolitik maraqları naminə istifadə edib reinteqrasiya prosesinə mane olaraq öz məkrli planlarını həyata keçirmək istəyirlər.Hər tarixi dövrün öz şərtləri var.Bu günkü Azərbaycan 90cı illərin əvəllindəki  Azərbaycan deyil.Günümüzün Azərbaycanı stabil,iqtisadi cəhətdən inkişaf etmiş kosmosda peykə malik,güclü ordu qurmuş,milli mənafeyini hər şeydən üstün tutan Azərbaycandır.

Əfqan Əsgərov,
YAP Xətai rayon təşkilatının "Rahib Memmedov 18" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü