15 oktyabr 2023 21:44
478

Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb

Azərbaycan Respublikasının Qarabağ regionu dünyanın ən qədim insan məskənlərindən biridir. Azərbaycanın tarixində onun əbədi, ayrılmaz hissəsi olan Qarabağ regionunun özünəməxsus rolu və yeri vardır. Mənfur qonşularımızın uzun illərdir davam edən torpaq iddiası Qarabağ regionunu Azərbaycandan qoparmaq və ermənilərin tarixi vətəni kimi dünyaya tanıtmaq istəkləri tamamilə bir yalandır. Qısa da olsa ermənilərin Azərbaycan ərazisində nə zamandan və kimlərin vasitəsilə yerləşdilirdiyinə bir nəzər salaq. Rusiya Xəzərsahili torpaqları əldə etdikdən sonra I Pyotr bu yerlərdə möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atırdı.

Bu vasitələrdən biri də xristian əhalinin ərazidə yerləşdirilməsi idi. Burada I Pyotr erməniləri bu ərazilərə köçürülməsini qarşıya məqsəd kimi qoyur. Onun 1724-cü il 10 noyabr fərmanı buna bariz sübutdur. İlk əvvəl I Pyotrun Xəzərsahili torpaqları işğal edənə qədər rusların ermənilərlə əməkdaşlıqları simvolik səciyyə daşısa da, işğalın gedişi zamanı isə sıx əməkdaşlığa çevrildi. I Pyotra ermənilərin yaxınlaşmasında İsrail Ori ,onun ölümündən sonra isə Minas Vardapet mühüm rol oynaydı. I Pyotrun varisləri dövründə ermənilərin işğal edəcəkləri qədim türk yurdları İrəvan və Qarabağ xanlıqlarında yerləşdirilməsinə üstünlük veriləcəkdi. Bu da Türk dünyası ilə Osmanlı arasında bufer zonası kimi məqsədə xidmət edəcəkdi. I və II Rusya – İran müharibələrində qalib gələn I Pyoturun varisləri onun vəsiyyətinin yerinə yetirdilər. Gülüstan və Türkmənçay müqavilərəlindən sonra Qarabağda erməniləşdirmə prosesi üçün münbit şərait yarandı. 1828- 1830 –cu illərdə (130 min İrandan 40 min, Türkiyədən 90 min) erməni Azərbaycan ərazilərinə köçürüldü. İran ərazisindən ermənilər konkret olaraq Qarabağ regionuna köçürüldülər. Tanınmış rus tədqiqatçısı N.Şavrov yazırdı: “Cənubi Qafqazın istilasınadək burada erməni xalqı yüksək mövqeyə malik deyildi. Ermənilər əsas etibarı ilə Osmanlı dövləti ərazisində və İranda yaşayırdılar. Ermənilərin Cənubi Qafqaza köçürülməsi İran və Osmanlı ilə 1828-1829-cu illər müharibəsindən sonra başlanmışdır. Onlar Yelizavetpol, Qarabağ, İrəvan, Borçalı, Axalsıx və Axalkələk bölgələrinin ən yaxşı torpaqlarında yerləşdirilmişlər ”. N.Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini və köçürülüb yerləşdirilmiş ermənilərin sayını araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu diyarın yerli əhalisi deyil. Onlan buraya biz köçürüb gətirmişik”. Bütün bu faktlar sübut edir ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb. Bu termin bolşeviklərin ACX -nin varlığına son qoyaraq Azərbaycanı işğal etdikləri zamandan yarandı. Cənubi Qafqazda Çar Rusiyasının ənənəsini davam etdirən Sovet Rusiyası Azərbaycanının Qarabağ bölgəsinin dağlıq hissəsini inzibati ərazi vahidinə çevirərək DQMV yaratdı və xalqımızı tarixi problem qarşısında qoydu. Belə ki, 1923-cü il iyunun 30-da Rusiya Kommunist ( bolşeviklər ) Partiyası Cənibi Qafqaz Ölkə Komitəsinin plenumunda Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması haqqında qərara qəbul etdi. Vilayətin mərkəzi Xankəndi şəhəri göstərildi. DQMV –nin yaranması Azərbaycanın ərazi bütövlüyünə qəsd idi.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir fikri olduqca marağlıdır. “ Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri- bu adla qurulmuşdur. Bir daha demək istəyirəm, uzağa getməyək , elə XX əsrin əvvəllərində tərtib edilmiş xəritələrə baxmaq kifayətdir görək ki, xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib. Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi var. “ Stepanakert” sözü bolşevik Stepan Şaumyanın adından götürülüb. O adamın ki, Azərbaycan xalqının , günahsız adamların qanını axıtmışdır, azərbaycanlılara qarşı soyqırım törətmişdir”. Bütün bu tarixi faktlar , dəlillər sübut edir ki , “Dağlıq Qarabağ” adlı qurum XX əsirdə Rusiya tərəfindən heç bir əsas olmadan yaranıb. Lakin bununla kifayətlənməyən ermənilər DQMV- Ermənistan SSR- in tərkibinə birləşdirmək, hətta “dənizdən-dənizə böyük Ermənistan “ dövləti yaratmaq xülyasına düşdülər. Təbbi ki, yenə də SSRİ –nin dəstəyinə güvəndilər və 1988 –ci il fevralın 20-də DQMV Xalq Deputatlar Sovetinin 20-ci növbədənkənar sessiyasında “ DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında” qərar qəbul edildi. Əslində bu qərar əsassız idi. Çünki Xalq Deputatları Sovetinin belə qərar qəbul etməyə ixtiyarı yox idi. Bundan sonra Azərbaycan tarixində “Qarabağ müharibəsi “ başladı. Həmişə olduğu kimi haqq öz yerini tutdu. Azərbaycanın güclü siyasətə malik olan Prezidenti, Ali Baş Komandanı- İlham Əliyev, güclü ordusu və vətənpərvər xalqı bir yumruq kimi birləşərək haqqı bərpa etdilər. DQMV-Dağlıq Qarabağ adlı bir qurumun tarix boyu mövcud olmadığını və heç bir zaman da olmayacağını düşmənə və bütün dünyaya sübut etdilər.

Valeh İsmayılov ,
Xətai rayonu 165 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini