15 oktyabr 2023 11:40
128

Daim operativ mübadilə aparmaq zəruridir

SSRİ dağıldıqdan sonra Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair saziş” əsasında təsis edilmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk dövründə, 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur. Azərbaycanın bu quruma daxil olması bütün məqsədlərə çatmağa gətirib çıxarmasa da, Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB-nin bir çox sənədlərinə Ermənistan amilini nəzərə alaraq mövcud olmuş münaqişəyə görə veto qoya bilmişdir. Prezident İlham Əliyev Astanada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir. Dövlət Başçıları Şurasının iclasında birlik ölkələrin təhlükəsizliyinin təmin edilməsi sahəsində bir sıra qərarlar qəbul edilmişdir. Dövlət başçıları korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar. Cari ilin oktyabrın 11-də MDB-nin növbəti sammiti ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət oqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını- Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksadr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat xidmətinin direktoru Sergey Narışkini , Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş Nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşıyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin sədri Yevgeniy Sısoyevi qəbul etmişdir. Prezident İlam Əliyev çıxışında daim operativ informasiya mübadiləsinin aparılmasını zəruriliyini qeyd etmişdir.

Ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığını səmimi, məqsədyönlü nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq. İlham Əliyev vurğulamışdır: “ Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlad yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur. Son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür, deyərdim ki, birtərəfli, qərəzli və nə məsələnin tarixini , nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunduğunu nəzərə alaraq son üç ildə baş verənlər barədə sizi qısaca məlumatlandırmaq istəyirəm Sonra cənab preziden İlham Əliyev tarixə ekskursiya edərək 1805-ci ildə Kürəkçay müqaviləsindən başlamış bu günümüzə qədər baş verən hadisələri qonaqlara bildirmişdir. Azərbaycan prezidenti İlham Əliyevin: “ Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kompaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözü gedən ölkənin rəsmi şəxslərinin bəyanatında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində , həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt üst şəkildə təqdim edildiyi media kompaniyasında özünü büruzə verir” sözləri yerinə düşür. • Təəssüf ki, dünyada qeyri sabitlik ocaqları artır. Ona görə daim operativ informasiya mübadiləsi aparmaq zəruridir.

Sevinc Həsənova ,
YAP Xətai rayon təşkilatının "Y. Səfərov 29" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü