14 oktyabr 2023 20:02
559

Zəfərin memarı

Azərbaycanın inkişaf və zəfərinin memarı İlham Əliyev! Onun siyasi dehasını anlamaq üçün prezident seçildiyi gündən bu günədək Ulu Öndər Heydər Əliyevin “Azərbaycan Dünyaya günəş kimi doğacaq” sözünü tərənnüm edən siyasi fəaliyyətini araşdırmaq və xalqına böyük sevgini qayğını görmək olar! 
İlham Əliyevin prezidentlik dövrünün hər günündə bu günümüzü və gələcəyimizi inşa etdiyi görmək olar!

İdman siyasəti və ölkənin təbliği

Heç şübhə yoxdur ki, inkişaf etməkdə olan bir ölkə üçün böyük büdcəli idman layihələrinin həyata keçirilməsi və bütün dünyadan nümayədənlərin ölkəmizə dəvət olunması həmin zamanlarda anlaşılmırdı bir çox insan tərəfindən. Bu gün isə şahidi oluruq ki, həmin dövrlərdə və çox uzaq olmayan keçmişdi keçirilən idman yarışları ölkəmizin bu gün zəfər qazanmasında, haqqlı Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünya tərəfindən bilinməsində xüsusi rol oynadı! Eyni zamanda ölkəmizdə idman sahəsində dünyada böyük nailiyyətlərlə reytinqlərdə irəlilədi!

Müzəffər lider! 

Heç şübhə yoxdur ki, prezident İlham Əliyevin 20 illik liderlik dövründə ən böyük dəstək və qayğı ölkə gənclərinə göstərilmişdir. 
Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Gəncliyi bu gün dünyanın nüfuzlu təhsil ocaqlarında dövlət hesabına təhsil alır. “Mənim dövrümdə yetişən gənclik Qarabağı azad etdi” ifadəsi həqiqətən bir daha göstərirki Prezident İlham Əliyev 20 il ərzində bu günki Qarabağın azad olunacağı tarixə hazırlaşır, bunun üçün gəncliyin daha savadlı vətənpərvər yetişməsinə çalışıb Azərbaycan gəncliyinin əbədi sevgisini qazanıb! Bununla yaşa ölkəmizdə bu gündə aparılan gənclər siyasəti istər gənclər təşkilatı istərsə də elm və təhsil sahəsində Azərbaycan gəncliyinin inkişafı üçün davamlı siyasət həyata keçirilir! Bu Azərbaycanın gələcəyi üçündə ən böyük sərmayədir. Güclü gənclik güclü Azərbaycandır! 

Sosial rifah, xalqın əbədi qəhrəman lideri!

Prezident İlham Əliyev dedik də Azərbaycan xalqının dərdi ilə dərdlənən, sevinci ilə sevinən bir lider ağla gəlir! Şübhəsiz bu Azərbaycan xalqının qəlbində əbədi qəhrəmana çevrilməsinə, xalqının müzəffər ali baş komandanı olaraq adını şanlı tarixə yazmasıyla nəticələnən 20 illik düzgün, uzaq görən siyasətin nəticəsidir. Xalqının daima sosial rifahı üçün iqtisadi inkişafa xüsusi diqqətlə yanaşan ilham Əliyev bu gündə Azərbaycan üçün çalışmağa davam edir! Bu bəlkədə Azərbaycan xalqının öz iradəsi ilə 20 il öncə birlik göstərərək seçdiyi lider bu gün o xalqa ləyaqətlə xidmət edir! 

Gələcəyin, gələcəyimizin lideri

20 ildə xalqına 200 ildən sonra zəfər qazandıran, ölkəsini dünya arenasında zirvələrə çatdıran, vətəndaşının hər bir fərdinə qayğısını sevgisini hiss etdirən lider İlham Əliyev! Azərbaycan xalqı, ölkə gəncliyi  20 il öncə olduğu kimi bu gündə Prezident ilham Əliyevi dəstəkləyib, dəstəkləyəcəkdir! 
Azərbaycan xalqı Sizinlədir! 20 il öncə olduğu kimi bu gündə! Gələcəkdə də Sizinləyik cənab Prezident!

Taleh Mansurov,
Bakı Ali Neft Məktəbinin metodisti