12 oktyabr 2023 17:17
92

Azərbaycan bölgədə sülh təşəbbüslərinin müəllifidir

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı Şuşa şəhəri tarix boyu çox möhtəşəm tədbirlərin keçirildiyi ünvan olub.Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının keçirilməsi əlamətdar hadisələrdən biridir. Torpağına şəhidlərimizin qanı qarışan Şuşa xalqımızın müqəddəs məkanıdır. 2026-cı il üçün İƏT-in turizm paytaxtı Şuşa şəhərinin elan edilməsi sevindirici bir hadisədir.

Bir dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin əsas şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğunun təmin olunmasıdır. İstənilən bir ölkənin nəqliyyat dəhlizləri olmsa ölkənin ümumi təhlükəsizliyin təmin edilməsindən, ciddi iqtisadi inkişafından söhbət gedə bilməz. Azərbaycan etibarlı tranzit ölkədir. Hal hazırda ölkəmizin quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışı var. Azərbaycanın  nəqliyyat-logistika infrastrukturu bütün İƏT ölkələri üçün açıqdır.

Azərbaycan bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Mənfur qonşularımızın 30 ilə yaxın işğal altında saxladıqları Qarabağın şəhər və kəndlərində, eləcə də digər bölgələrdə Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, şəhər və kəndlərimizi xarabalığa çevirmişlər. Bu isə Azərbaycan üçün, Azərbaycan xalqı üçün təhqir idi. 

 Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azrbaycan əsgərinin qəhramanlığı sayəsində 44 günlük Vətən müharibəsini qələbə ilə başa vuran, zəfər qazanan Azərbaycanın həm ərazi bütövlüyünü  həm də, tarixi ədaləti bərpa etdi. Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini xalqımız qürurula yaşayır.

Böyük qələbədən sonra icra edilən “Böyük Qayıdış” proqramı çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub və növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır.

Rövşanə Abbasova,
YAP Xətai rayon təşkilatının “Xudu Məmmədov 3” ünvanı üzrə ərizə partiya təşkilatının üzvü