12 oktyabr 2023 20:09
100

Əhalinin sosial müdafiəsi prioritetdir

Dövlət başçısı İlham Əliyev Azərbaycanın Prezidenti seçiləndən sonra ölkənin sosial rifahı və iqtisadi inkişafı üçün bir sıra inkişaf proqramları və layihələr tətbiq etdi. Bu layihələr, ictimai sahədə və sosial məyarlarda bir çox dəyişikliklərə gətirib çıxardı. Azərbaycanın energetika, neft və qaz sektorlarına olan investisiyalar artırıldı və energetika layihələri, öz ərzaq təminatını artırdı. Bu da ölkənin iqtisadi əməkdaşlıq sahələrində artıq imkanlar yaratdı.

Sosial sahədə, əhalının rifahı üçün bir sıra layihələr həyata keçirildi.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə davam edən inkişaf tempinə müvafiq olaraq regionlarda abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilir. Regionların iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, burada yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması istiqamətində də əməli işlər görülür. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Bütün bu sadalanan amillər ölkə başçımız tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür. Prezidentin müxtəlif bölgələrə müntəzəm səfərləri regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə birbaşa xidmət edir. 

Son beş ildə ölkəmizdə 1 milyondan çox şəxsə məşğulluq xidməti göstərilib, 425 min nəfər işlə təmin olunub. Həmçinin 68 min nəfər özünüməşğulluq xidməti, 20 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin edilib, 18 min nəfər peşə hazırlığına, 473 min nəfər isə peşəyönümlü xidmətlərə cəlb olunub. Postmüharibə dövründə 19 min şəhid ailəsinin üzvü və müharibə iştirakçısı müvafiq xidmətlərdən gen-bol yararlanıb.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məşğulluq tədbirlərindən söhbət açarkən qeyd etmək yerinə düşər ki, artıq 129 min şəxsin təhlili aparılıb. Laçın, Füzuli rayonları, Ağalı və Talış kəndləri üzrə 2 min 257 şəxslə iş aparılır, 200-dək işəgötürənlə əməkdaşlıq münasibətləri qurulub. Şuşaya köçürüləcək 19 mindən çox şəxs öyrənilib, 56 nəfərin məşğulluğu təmin edilib.

Görünən odur ki, Azərbaycanın bütün bölgələrində sakinlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə geniş tədbirlər planı mərhələli şəkildə həyata keçirilir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi isə  aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir.

Validə Məmmədova,
Bakə şəhəri, Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi
YAP Xətai rayon təşkilatının üzvü