13 oktyabr 2023 11:19
478

Müzəffər Ali  Baş Komandan!

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, tarixçi

Liderlik,  xarizma elə bir məziyyətdir ki, şəxsiyyətin yetişməsində ictimai mühitlə bərabər onun hansı genin  daşıyıcısı olması da  vacibdir.  Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətlərindən  asılı olmayaraq ,  liderlik  fenomeni  milli dövlətin formalaşmasında  və inkişafında həlledici rola  malikdir. Azərbaycan xalqının tarixinə  adını əbədi qızıl hərflərlə yazdıran Müzəffər Ali  Baş Komandan, Prezident  İlham Əliyev  nəinki  xalqımızın, dünyanın bir çox liderlərinin  dillər əzbəri olub.  Mahir  diplomat, fenomen  şəxsiyyət, təcrübəli siyasətçi və mükəmməl ailə başçısı olmaqla  öz titanik nümunəsini  yarada  bilib.

2003- cü il 15 oktyabr tarixində  keçirilmiş  seçkilərdə  seçicilərin 76 faizdən çoxunun səsini qazanan İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti şeçilmişdir. Xalq öz səsini  Ulu öndər Heydər Əliyev siyasətinin  davam etdirilməsinə  və ölkədə sabitliyin qorunmasına  vermişdir. Beləliklə,  Ulu öndər Heydər  Əliyev siyasi kursu yaşamağa davam etdi.  Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız  Ümummilli liderə  sevgisini və inamını  bir daha  sübut  etdi. Müstəqilliyimizin,   dayanıqlı inkişafımızın və idealoji  dayaqlarımızın  daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində  Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident  İlham  Əliyevin yürütdüyü   uğurlu və məqsədyönlü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.

Prezident  İlham  Əliyev  iqtisadiyyatın diversifikasiyasında  və qeyri-neft sektorunun milli iqtisadiyyatda  payının artırılması işində xeyli tədbirlər  həyata keçirdi. Nəhəng  infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması  ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika  mərkəzlərinin  inşası səhiyyə  sisteminin  inkişafına,  yüzlərlə məktəb tikilməsi  və təhsil  müəssisələrinin  maddi-texniki  bazasının gücləndirilməsi  təhsilin zamanın tələblərinə uyğun qurulmasına  mühüm töhfələr verdi. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz  Trans-Anadolu və Trans-Adriatik  qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununlada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında  mühüm rol oynayan  Azərbaycan Cənub  Qaz  Dəhlizi  layihəsinin  aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda  “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının  birgə işlənməsi  və neft hasilatının pay bölgüsü haqqında  yeni sazişin imzalanması  ölkəmizin dünya enerji sənayesində  həlledici rolu olduğunu bir daha təsdiqlədi.  Bakı-Tbilisi-Qars  dəmir yolunun  açılışı kimi böyük tarixi hadisə baş verdi.. Asiyanı Avropa ilə  birləşdirəcək  Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini  birbaşa dünyaya çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi  nəhəng layihələrin icrasına nail  olundu.

Prezident  İlham Əliyevin  titanik əməyi nəticəsində  Azərbaycanın siyasi, iqtisadi  imkanları genişləndirilib, ölkəmizin  beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib  və 30 il ərzində pozulmuş ərazi  bütövlüyümüz  bərpa edilib.  Prezident   İlham  Əliyev  ölkəyə rəhbərlik etdiyi dövr ərzində  bütün sahələrdə inkişaf öz dinamikliyini qoruyub saxlayıb. Ötən dövr ərzində  insanların rifah halı daha da  yaxşılaşıb və xalqa verilən vədlər  yerinə    yetirilib.  Bu gün regionda  reallaşdırılan  bütün beynəlxalq, irimiqyaslı layihələr  Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması  ilə həyata keçirilir.

Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar  və genişmiqyaslı  tədbirlər  ölkəmizin  iqtisadi və hərbi müdafiə qüdrətini  daha da gücləndirmiş  və  44 günlük  Vətən müharibəsində  parlaq qələbənin qazanılmasına  güclü  zəmin yaratmışdır. Böyük qələbə  uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində  atılan addımların nəticəsidir.  Effektiv siyasət, xalqın dəstəyi  və tarixi ədalət  Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərzi bütövlüyümüzün  bərpa olunması  Prezident  İlham Əliyevin şah əsəridir. İkinci  Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Əgər üç il bundan əvvəl  İkinci Qarabağ müharibəsi nəticəsində  biz işğala son qoymuşduqsa,  bu il  aprelin 23-də Laçın istiqamətində  Azərbaycan -Ermənistan sərhəddində  sərhəd buraxılış məntəqəsini qoymaqla  ərazi bütövlüyümüzü  tam bərpa etmişdiksə, sentyabrın 19-isə  suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan  Ermənistan silahlı qüvvələrinin  birləşmələri,  qeyri-qanuni  erməni  silahlı dəstələri  silahı yerə qoyması, döyüş mövqelərindən  və hərbi postlardan çıxması  və tam şəkildə  tərksilah  olunması,  eyni zamanda, paralel şəkildə  bütün silah-sursat  və ağır texnikanın  təhvil verilməsi  Azərbaycanın növbəti Qələbəsinin  təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri  və Azərbaycan xalqı  bir daha  sübut etdi ki,  şəhidlərimizin  qanı yerdə qalmadı. Biz bu gün  Qalibik  və öz şanlı Qələbəmizlə fəxr edirik.

Tanrı Azərbaycanımızı  və Müzəffər Ali Baş Komandanımızı qorusun!