11 oktyabr 2023 15:45
163

Qarabağımızda qürurla dalğalanan Azərbaycan bayrağı bir daha heç zaman enməyəcək

Azərbaycan , Azərbaycan!

Ey qəhrəman övladın şanlı vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Yer üzünün bəzəyi, əşrəfi olan hər bir insanın ürəyində bir vətən nəğməsi var.İnsan onu olumla-ölüm arasında həmişə oxuyur.Bu nəğməni döyüş harayı,Koroğlu nərəsi,qılınc zərbəsi ilə oxuyanlar da olub. Ancaq tək-tək nəğmələr birlikdə oxunanda Vətən laləzara çevrilir.

 Birlikdə oxuduğumuz bu nəğmələr bizi “dəmir yumruğ”a çevirdi.  Hər birimiz vətənin əsgəri olduq. Uzun,incə bir yol qət edərək addım-addım arzularımıza doğru irəlilədi .Bu çətin,şərəfli yolda bizə bələdçilik edən Azərbaycan xalqının tarixinə adı əbədi yazılmış Müzəffər Ali Baş Komandanımızın peşəkar siyasəti oldu.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev bildirdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Bu sözləri dahi şəxsiyyətin dilindən eşidən xalqımız Azərbaycanın gələcəyinə böyük ümidlərlə baxırdı.

Bu gün böyük qürur hissi ilə deyə bilərik ki,Azərbaycan bu illər ərzində qazandığı uğurlar sırasına qalib ölkə statusunu da əlavə etdi. Ulu Öndərimizin özü qədər inandığı Ali Baş Komandanımız sayəsində Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutmuşdur və hər bir vətəndaşımız bu müstəqil dövlətə mənsub olduğunu böyük qürür hissi ilə bəyan edir. Dövlət başçımızın nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır.

Ümumilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev yüksək nüfuzu,müdrikliyi,novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən,dövlətimizin inkişaf etməsi,mənəvi dəyərlərimizi qoruması,daima xalqın güzəranı üçün gərgin,səylə çalışması ölkəmizdə və beynəlxalq miqyasda dövrün yeni lideri olduğunu sübut etdi.

Xalqları dünyada məhşurlaşdıran təkcə onların zəngin təbii sərvətləri maddi,mədəniyyət inciləri deyil,həm də fenomen şəxsiyyətləridir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünə məxsus yeri ilə seçilir. Onunla hesablaşır,ona hörmət və ehtiramla yanaşırlar. Əsl komandan,əsl rəhbər olan prezidentimiz Ulu Öndərin Qarabağla bağlı arzularını gerçəkləşdirərək “Şuşasız Qarabağ,Qarabağsız Azərbaycan yoxdur’’şüarını gerçəkləşdirərək qalib sərkərdə kimi adını tarixə yazdı.

O sərkərdə ki,Azərbaycanın qurucusu,memarı olan dahi şəxsiyyətin yetirməsi idi. O sərkərdə ki, Qarabağ üçün hər zaman narahat olan atanın vəsiyyətinə əməl edirdi. O komandan ki, Ulu Öndər ona özü qədər inanırdı.

Xalqı dəmir yumruq altında birləşdirən Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz 44 gün ərzin də düşmənə zərbə endirmək 30-dan yaşayış məntəqəsini və Şuşanı azad etdi.’’Şuşasız Qarabağ,Qarabağsız Azərbaycan yoxdur’’deyən dahi liderimizin bu arzusunu cənab prezident İlham Əliyev ‘’Şuşasız işimiz yarımçıq qalar’’deyərək sona qədər getdi və Şuşanı əsl sahibinə - Azərbaycan xalqına geri qaytardı.

                                                 Xalqı zirvələrə qaldırmaq üçün

                                                 Sevgi şahlığının taxtına çıxdın

                                                 Oğul xalq üçündür,zirvə dağ üçün

                                                 Nə yaxşı bu xalqın bəxtinə çıxdın.

Bu gün Qarabağımızda qürurla dalğalanan Azərbaycan bayrağı bir daha heç zaman enməyəcək. Bu bayraq hər dəfə qalxdıqda kim bilir,Dahi Sərkərdə, vətən nəğməsini  ürəyinizdə elə o zaman oxudunuz.Xalqın ürəyində illərdən bəri qalan vətən yarasına elə o zaman məlhəm oldunuz və xalqın qəlbində əbədi taxt qurmağı bacardınız.

Sizinlə fəxr edirik, Ali Baş Komandanımız! Bu gün sizin yaratdığınız,qurduğunuz,çiçəkləndirdiyiniz Azərbaycan sizinlə fəxr edir!

 

Könül Mahmudova,
YAP Xətai rayon təşkilatının “Gəncə prospekti 81a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü