11 oktyabr 2023 22:35
122

Azərbaycana uğur qazandıran siyasət

Azərbaycan Prezidenti İlham Əliyev dünyada nüfuzlu siyasi liderdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini də münaqişəi həll edilməsi təşkil edirdi.  Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi ordumuz torpaqlarımızı azad edədərl ərazi bütövlüyümüzü təmin etdi.

Vətən müharibəsi Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilərək torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəman ordumuz cəmi 44 gün ərzində 30 illik erməni işğalına son qoydu, tariximizi şərəfləndirən, gələcəyimizə işıq salan böyük Qələbəyə imza atdı.

Xalqımız müharibə başlayandan yumruq kimi bir oldu, vətən torpaqlarının azadlığı uğundu ayağa qalxdı. İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. 44 gün ərzində bütün dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.

Qələbəmizin müəllifi olan İlham Əliyevin erməni işğalçılığına qarşı mübarizəsi respublikamıza rəhbərliyinin ilk günündən başlamışdı. “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” deyə İlham Əliyev hələ Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildə andiçmə mərasimində bildirmişdi. 
Bu illər ərzində İlham Əliyev danışıqlar prosesində və bütün beynəlxalq tribunalardan Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi. Nəticədə Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşasına nail olundu, diplomatik sferada üstünlük əldə edildi. Ötən müddətdə İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini qətiyyətlə bütün dünyaya çatdırdı.

2017-ci il iyunun 14-də Cocuq Mərcanlıda olarkən Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağının dalğalanacağını qeyd edən Prezident “Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq” deyə bildirmişdi.

Beləliklə, Vətən müharibəsi münaqişə ilə bağlı Prezident İlham Əliyevin qətiyyətinin, siyasi uzaqgörənliyinin, verdiyi vədlərin təntənəsi və təcəssümü oldu. Bu günlərdə Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən İlham Əliyev bu barədə danışaraq dedi: “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim, biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı”.

Aytən Əzizova,
YAP Xətai rayon təşkilatının "Gəncə prospekti 81A" üzrə ərazi partiya təşkilatının üzvü