11 oktyabr 2023 11:42
101

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini  dəstəkləyib

Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır.

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Həm enerji, həm nəqliyyat sahəsində hər iki ölkə arasında çox böyük əməkdaşlıq planları var və əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır.Energetika sahəsində ənənəvi sahələrdən başqa iki ölkəni birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsi də mövcuddur.

Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.

Gürcüstanda ictimai-siyasi sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir.  Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərimizin 30-cu ildönümü qeyd olunub. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələr tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regiondan keçən yük axınının həcmini dəfələrlə artırıb.

 Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Dəyəli gürcü xalqı məhz bu  il Ulu Öndərin 100 illiyi münasibətilə müxtəlif tədbirlər keçirir.

İnanırıq ki , dövlətlərarası münasibətlər hər iki xalqın azad və suveren şəkildə yaşaması üçün  daim öz töhfəsini verəcək və xalqlarımızın inkişafını təmin edəcəkdir.

Sədaqət  Cəfərova,
YAP Xətai rayon təşkilatının "General Əliağa Şıxlinski küçəsi 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü