11 oktyabr 2023 00:11
306

Tofiq Yaqublu, ağzın deyəni qulağın eşidirmi?

Ölkəmizdə radikal müxalifətin “başbilən”lərindən biri, antimilli “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü, siyasi təlxək, dil canbazı Tofiq Yaqublunun bu günlərdə sosial şəbəkələrin əsas platformalarından olan “You Tube”da Ermənistanın baş naziri Nikol Paşinyanı davamlı olaraq tərifləməsi, daha doğrusu, sərsəmləməsi bütün cəmiyyətimizi düşündürür. Həm də çox ciddi düşündürür.

İş burasındadır ki, bu günlərdə T.Yaqublu yenə özünün N.Paşinyan sevgisini ortaya qoyub. Yəni, o yenə intenet tv-lərdə xaricdən aldığı çirkli pulların və “önəmli” tapşırıqların sayəsində Paşinyanı təbliğ edib. Nə deyəsən, necə deyəsən?! Doğrudan da pulun gücü tükənməzdir.

 İki gün əvvəl Ermənistanda prokurorluq işçilərinin peşə bayramı idi. Bununla bağlı keçirilən tədbirdə baş nazir Nikol Paşinyan da iştirak edirdi. O, istintaqçılar qarşısında çıxış edərkən, onlara belə bir tapşırıq verdi: “Heç bir təqsirsiz şəxs təqib edilməməlidir, vətəndaş azadlıqları qorunmalıdır və heç bir cinayətkar azadlıqda gəzməməlidir.

 Ey T.Yaqublu, sən özün də yaxşı bilirsən ki, Nikol belə şeylərlə yaxşı manipulyasiya etməyi sevir. Əsl həqiqət isə belə deyil. Bunu sən özün də yaxşı bilirsən. Bir müddət əvvəl Ermənistandakı Nevroloji internat məktəbində şagirdlərə qarşı aşkarlanmış qəddar rəftara etiraz əlaməti olaraq polis bölməsi, sonra isə məhkəmə binası qarşısında dinc etiraz aksiyası keçirən vətəndaşlara qarşı polisin necə amansız rəftar etdiyi hamımıza, o cümlədən sənə də yaxşı məlumdur.

 Əlbəttə ki, N. Paşinyanın əmri əsasında hərəkət edən Ermənistan polisinin qəddarlığı ilə bağlı onlarla belə nümunə göstərə bilərik. Hətta T.Yaqublu ilə elə onun sərsəmlədiyi interner tv-lərdə bütün bu məsələlərlə bağlı debata da çıxa bilərik.

Qətiyyətlə deyə bilərik ki, qaranlıq xarici qrant mənbələrindən gizlicə aldığı çirkli pulları sakitcə, xımır-xımır yeyən T.Yaqublunun N. Paşinyan haqqında dediklərini dinlədikcə sanki başımıza qaynar su tökdülər.  “Milli Şura”çı, “müsavat”çı, nə bilim daha nəçi-nəmənəçi olan T.Yaqublu hər addımda, necə deyərlər, hər “moizəsində” dövlətimizin əleyhinə çıxır. Bunun ardınca ağzına gələni üyüdür.

Daha nə deyəsən? Ustad Cəlil Məmmədquluzadə demişkən tfu, sizin sifətinizə! Həm də ki, vay sənin və sənin kimilərin halına. Damarlarında azərbaycanlı qanı axan, özünü siyasətçi adlandıran bir adamın dili necə dönər ki, N. Paşinyan haqqında belə kəlmələr işlətsin? Görəsən T. Yaquqblunu Nikolla birləşdirən nədir? Bəlkə dünyanı qan çanağına çevirən Corc Sorosun çirkli dollarlarıdır?  Gəlin bir az düşünək.  Hər birimiz azca düşünsək cavabı rahatca taparıq. Ən sonda isə T.Yaqubluya belə bir sual vermək istərdik: T.Yaqublu ağzın deyəni qulağın eşidirmi?...

Zahid Rza, “İki sahil”