10 oktyabr 2023 12:35
219

Azərbaycan-Gürcüstan əlaqələri daha da dərinləşəcək - Sədaqət Vəliyeva

Tarixi dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri günbəgün daha da güclənməkdə və möhkəmlənməkdədir. Oktyabr ayınının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana rəsmi səfər etdi. Bu cür səfərlər və ənənəvi görüşlər ölkələrimiz arasında mövcud əlaqələrin daha da inkşafına, yeni-yeni əməkdaşlıq sahələrinin yaranmasına böyük təkan verir, xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, səfər zamanı ölkə Liderləri mətbuata bəyanatlarla çıxış etdilər. Çıxışında Aərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq əlaqələrindən danışaraq qeyd etdi ki, Azərbaycanla Gürcüstan hər zaman bir-birini dəstəkləmişdir.  Dövlətimizin başçısı bildirdi ki, ölkələrimizin  müstəqilliyi və inkşafı eyni zamanda Azərbaycanla Gürcüstan arasındakı əlaqələrin inkşafı  xalqımızın Ulu Öndəri Heydər Əliyevin və Gürcüstan rəhbəri Eduard Şivarnadzenin istedadı, cəsarəti və xalqlarına olan bağlılığı nəticəsində mümkün olmuşdur.

Daha sonra cənab Prezidentimiz İlham Əliyev regionun inkşafı ilə bağlı məsələyə toxunaraq vurğuladı ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda yeni bir siyasi vəziyyət yaradacaq.  Hazırda bu istiqamətdə fəal çalışmalar aparılır və bütün regionun inkşafı üçün  yaranmış şansı əldən vermək böyük səhv olar. Ümumiyyətlə qeyd etmək yerinə düşərdi ki, Azərbaycan tərəfi regionun tərəqqisi və inkşafı istiqamətində bir çox təşəbbüslər irəli sürmüşdür. Eyni zamanda Azərbaycan dövləti dəfələrlə Ermənistana sülh təklifi etsə də təəssüf ki rəsmi İrəvan bu şanları hələ də dəyərləndirməməkdə və regionda sülhə təhdid dövlət olaraq qalmaqda davam edir.Ermənistanın anti-sülh siyasəti ümumilikdə regionun inkşafına maneədir. Daha sonra Azərbaycan Lideri çıxışında Azərbaycanla Gürcüstan arasında nəqliyyat, enerji layihələri haqqında mövcud vəziyyət və gələcək planlar haqqında danışdı. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan- Gürcüstan əlaqələri daha da inkşaf edəcək və dərinləşəcəkdir.

Bu gün ölkəmizdə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu xarici siyasət kursu həyata keçirilir. Müəllifi möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan bu müdrik, uzaqgörən siyasət yeni-yeni dost ölkələr qazanmağa, ölkələrlə mövcud olan dostluq əlaqələrini qorumağa xidmət edir və xoşbəxt gələcəyimizin təminatıdır.