10 oktyabr 2023 00:14
335

Əli Kərimli göz yaşlarını Qıdı kirvənin dəsmalı ilə silir

Əli Azərbaycan xalqının qanına batmış separatçıların, xüsusilə də oğlu Türkelin dostu Armenin atası Bako Saakyanın həbsindən narahat olan AXCP sədri onları dünyaya «siyasi məhbus» kimi təqdim edir

Özü üçün «əvəzolunmaz lider» hesab etdiyi sabiq prezident Əbülfəz Elçibəyə qəsd etməklə AXC-ni özəlləşdirən Əli Kərimlinin dövlətə, yaxıt ətrafına etdiyi xəyanətlərini saymaqla qurtarmaz. Radikal düşərgədə belə katalizator, araqarışdıran kimi tanınan, məqsədinə çatmaq üçün ən çirkin iftiralardan belə çəkinməyən AXCP sədri Əli Kərimli haqqında deyilən « çörəyi dizinin üstünda olan adam» ifadəsi bu xəyanətkarın ən xarakterik xüsusiyyətinin açıqlamasıdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində ermənilərin məğlubiyyətinə haylardan betər məyus olan Əli Kərimli hirsini Azərbaycan Silahlı Qüvvələri haqqında yalan-böhtan yagdırmaqla soyudurdu. Erməni lobbisindən aldığı qrantların azalacağından narahat olan bu milli xəyanətkar 24 saat davam edən lokal xarakterli antiterror tədbirlərindən sonra daha çox daha çox qəmə, kədərə batıb. Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ ərazisində, it yuvalarında gizlənən separatçıların həbsi daşnak ideoloqlarından daha çox bu xəyanətkarı qüssələndirib.

Kərimlilər ailəsində Silahlı Qüvvələrimizə qarşı yaranan allergiya da səbəbsiz deyil. Atası kimi, hərbi xidmətdən yayınan oğul Türkel Kərimli kişilik məktəbi sayılan ordu sıralarında xidmət etmədiyi üçün Azərbaycanın müdafiə qüdrətinin, gücünün sarsılmaz olduğunu təsvvür edə bilməz. Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi yolunda canlarından keçən şəhidlərin Vətənə məhəbbət duyğularından, torpağa bağlılıq hisslərindən kənar olan ata-oğul Kərimlilərin ermənilərə dayı deməkləri onların milli dəyərlərdən məhrum olmalarıdır.

İllərdən bəri xalqımıza arxa çevirən, milli dövlətçiliyimizə hər vasitə ilə ziyan vuran, ermənipərəst mərkəzlərin ayırdığı qrantlar hesabına varlanan, qarşılığında hambarsumların bizdən oğurladıqları milli musiqi alətimiz olan tütəyin sədası altında oynayan, «sosial şəbəkə qəhrəmanı» kimi zühür edən trolbaşı Əli Kərimli yenə yasa batıb. Özünü buraxmış qondarma, artıq tarixin zibilliyinə atılmış «Dağlıq Qarabağ respublikası»nın keçmiş rəhbərlərinin Azərbaycanın Dövlət Sərhəd və Təhlükəsizlik xidmətləri əməkdaşları tərəfindən həbs edilmələri Əli Kərimlinin yuxusunu ərşə çəkib. Əlləri Azərbaycan xalqının qanına batan, Xocalı soyqırımının törədilməsində iştiraklarını etiraf edən «artsax»ın keçmiş başçıları Arkadi Qukasyanın, Bako Saakyanın, Araik Arutyunyanın həbslərinə üzülən Əli Kərimli də «miatsum» deyir. Qıdı kirvənin bir metrlik dəsmalını gözünə basaraq qan ağlayır. Xüsusilə Bako Saaakyanın həbsinə üzülən Əli Kərimli oğlu Türkellə birlikdə yas tutublar. Səbəbi də məlumdur. Atası kimi Vətənə düşmən kəsilən Türkel illərdən bəridir ki, Bako Saakyanın oğlu ilə xarici ölkələrdə birgə kef çəkir, erməni lobbisinin xəyanətləri qarşılğında atasına verilən qrantları dayı, əmi payı kimi geninə-boluna xərcləyir . Böyük Britaniyada meşşan həyatı keçirən, xarici ölkələrdə ölkəmizə qarşı təşkil olunan anti-Azərbaycan kampaniyalarında fəallıq göstərən Türkel Kərimli əli xalqımızın qanına batan, azərbaycanlı əsirlərə verilən dəhşətli işgəncələrdə inanılmaz, daşnaklara məxsus üsllardan istifadə edən, separatçı rejimin sabiq rəhbəri Bako Saakyanın oğlu Armenlə qan qardaşlarıdırlar. Atası Əlinin Vətənə xəyanət yolunu davam etdirərək gorbagor, qulağı kəsik Andranikin ruhuna birgə badə qaldırırlar. Guya Londonda təhsil aldığı deyilsə də gününün çoxunu Armenlə birlikdə barlarda keçirən, erməni lobbisinin kərimovlar ailəsinə ayırdığı xəyanət pulunu sağa-sola xərcləyən, kef məclislərindən paylaşdığı şəkillərdə də Armenlə yan-yana dayanın Türkel üçün təhsil bəhanədir. Elə buna görə də day-dayısı Bakonun həbsinə oğlu Armendən çox sarsılan Türkel əməkdaşlıq etdiyi xarici ölkələrdəki erməni lobbisi ilə birlikdə anti-Azərbaycan kampaniyalarında fəal iştirak edir. Radikal düşərgədəki özünə oxşar bəzi antimilli qüvvələri, trollarını belə «ermənilərə məhəbbət» duyğuları ilə qidalandıran Əli Kərimli hələ də erməni separatçılarının həbsini ədalətsiz hesab edir. «Siyasətçi» adlandırdığı milli xəyanətkarlarını qaranlıq, şəxsi maraqlarının həlli üçün qurban verən, sədri olduğu şər yuvasının barmaq hesabı ilə sayılan üzvlərinin , özəlləşdirdiyi «Milli Şura»nın qeyri-millilərinin, erməni xislətli trollarının da beynini zəhərləyərək özü haqqında «böyük siyasətçi» xəyalını formalaşdırmağa çalışan «islahatçı sədr» şər bataqlığında eşələnir. Ermənilərə hörmətini «Osmanqızı TV»yə xəyanətkar müsahibələri ilə bildirən, Milli Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərə kölgə salmağa çalışan Əli Kərimli qaranlıq dünyasında yenə yolunu azıb. Guya ölkəmizdə «sosial problemlərin» olması ilə bağlı böhtanlarını tirajlayan, 1993-cü ildən rəsmi olaraq heç bir yerdə işləməsə də villalarda lüks həyat keçirib şəxsi qoçularının sayını artıran Əli Kərimli Türkeli hansı pullarla dünyanın ən bahalı şəhəri hesab edilən Londanda xudmani şərait yaradıb. Amerika Birləşmiş Ştatları ilə Londona gediş-gəlişini su yoluna döndərən, lüks həyat tərzi keçirən, kef məclislərində dollarları havaya səpən Türkeldən fərqli olaraq vətənpərvər Azərbaycan gəncləri torpağımızın hər qarışı uğrunda vuruşur, separatçılara, qeyri-qanuni erməni dəstələrinə qan uddururlar. Amma Azərbaycan vətəndaşı olduğunu xatırlamaq, Vətən qarşısında borcunu ödəmək istəməyən ərköyün Türkel «ver yeyim, ört yatıb, gözlə canım çıxmasın» deyərək xarici ölkələrdə şellənir. Bu halda Əli Kərimlinin gənclərin «problemləri» barədə danışmağa haqqı, üzü olmamalıdır.
 Separatçıların başbilənlərinin əli qandallı Bakıya gətirilməsindən narahat olan, erməni sevgisinə sadiq qalan Əli Kərimli Türkelin daşnak əmilərinə, dayılarına sadiqliyini bildirmək üçün «siyasi mühacir, siyasi məhbus» bazarını işə salmaq niyyətindədir. Gözləniləndir ki, Türkelin xahişini yerinə yetirən AXCP sədri Əli Kərimli separatçıların rəhbərləri Ruben Vardanyanı, Araik Arutyunyanı, Arkadi Qukasyanı, Bako Saakyanı dünyaya «siyasi məhbus» kimi təqdim etsin. Təəccüblü də deyil. Çünki illərdən bəri ölkəmizə qarşı ən çirkin xəyanətlərə , böhtanlara əl ataraq siyasi, iqtisadi, müdafiə qüdrəti ilə dünyada tanınan Azərbaycan haqqında şər-böhtan yagdıran Əli Kərimlidən hər cür şərəfsizliyi gözləmək mümkündür.

Xuraman İsmayılqızı, «İki sahil»