05 oktyabr 2023 21:38
129

Bakıda daha bir nüfuzlu beynəlxalq tədbir

Bakıda keçirilən nüfuzlu beynəlxalq tədbirlərdən biri də Beynəlxalq Astronavtika Konqresidir. Konqres ilk dəfə 30 sentyabr-2 oktyabr 1950 ci ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmişdir. Bu nüfuzlu tədbir ölkəmizdə iki dəfə keçirilmişdir.1973 və 2023 cü illərdə. Prezident İlham Əliyev 2023-cü ilin 2 oktyabr tarixində 74- cü Beynəlxalq Astronavtika Konqresinin acılış mərasimində çıxış edərək demişdir: "Əlli ildən sonra Konqres Azərbaycanda yenidən keçirildi.Belə bir mühüm qlobal tədbirə ev sahibliyi etmək bizim üçün şərəfdir.Bu gün burda 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçı var.Əminəm ki qonaqlarımızın Konqresdəki işlərindən əlavə ,Azərbaycanı,onun xalqını,tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı olacaqdır.Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcək.Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimayyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın şəffaf və bir mənalı olub,dostların qazanılmasına və əməkdaşlıgın gücləndirilməsinə xidmət edib." Bundan sonra ölkə başçımız ərazi bütovlüyümüz haqqında da danışıb.

Bakı konqresi beynəlxalq sponsurluq paketinin satışı üzrə Avstraliya,Almaniya,ABŞ,BƏƏ və Fransada keçirilən konqresi geridə qoyub.Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri açılış mərasimində çıxış edib. Kley Mouri 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresində Ulu Öndər Heydər Əliyevlə çəkdirdiyi foto şəkili və digər atributlardan ibarət xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim edib. Bu gün Azərbaycan inkişaf etmiş bir dövlətdir. Bu inkişafın əsasını Ulu Öndərimizin əsaının qoyduğu siyasətin bu gün uğurla davam etdirilməsi dayanır. Bu gün müstəqil ölkə olaraq bizim təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Enerji və nəqliyyat marşurutlarının o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız orda Azərbaycanın dəsti-xəttini görərsiniz. XIX əsrin ortalarından Azərbaycan neft hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Beynəlxalq Astronavika 75 ci konqesi 2024 cü ilin oktyabrında İtaliyada keçiriləcək.

Nigar Abdullayeva,
YAP Xətai rayon təşkilatının "Nadir Mahmudov 26" ünvanı üzrə ərazi partiya təşkilatının üzvu