06 oktyabr 2023 01:15
323

Allah haqqı ermənilər millət deyil...

Millət olmayan toplumu Qərb niyə bu qədər əzizləyir?

Prezident İlham Əliyev Qarabağın erməni əhalisinə bölgədə qalıb Azərbaycanın vətəndaşı kimi yaşamaq, həyatlarına daha yaxşı formada davam etmələri üçün bütün şəraitin yaradılacağını, digər vətəndaşlar kimi hüquqlarından yararlanmaq haqqı veriləcəyinə zəmanət verdiyini vurğulasa da   ermənilər vaxtilə qonaq gəldikləri Qarabağı tərk etmək yolunu seçirlər. Qarabağ iqtisadi rayonu tarixi Azərbaycan torpağıdır, bununla belə Azərbaycan ermənilərə də digər xalqların nümayəndələri kimi vətəndaşlıq verməyə hazır olduğunu müxtəlif səviyyələrdə bəyan edib. Görünür, əlləri günahsız azərbaycanlıların qanına batmışlar qalmağa üzləri olmadığı üçün aradan çıxmağı daha münasib bilirlər. Terrorçu ermənilərin basdırdıqları minalar bu gün də partlamaqda, can almaqdadır. Biz indi belələrinin qalmaları üçün niyə təkid etməliyik? Öz işləridir, qala da bilərlər, gedə də.

Xatırladaq ki, yüz il əvvəl də məhz Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, qonaq ermənilər hər zaman çar və bolşevik Rusiyasının köməyi ilə soydaşlarımızı kütləvi surətdə qırıblar və silah gücünə deportasiya ediblər. Azərbaycan isə ermənilərdən fərqli olaraq bu gün hətta Qarabağı tərk etmək qərarı verən ermənilərə belə yolda hər hansı bir çətinliklə qarşılaşmamaları üçün istər qida olsun, istərsə də tibbi yardım və yanacaqla təmin etməklə bütün dünyaya nə qədər humanist, insanpərvər dövlət olduğunu növbəti dəfə nümayiş etdirir. Ancaq söhbətimizin məqsədi başqadır.

Azərbaycana qarşı daim ikili standartlar tətbiq edən Qərb o vaxt da, indi də bizi hədəf götürüb. 1988-ci ildən  başlanan böyük etnik təmizləmə prosesinin qurbanına çevrilən Azərbaycan xalqına qarşı Qərb təsisatları bu gün Qarabağın erməni sakinlərinə göstərdikləri həsasslığı göstərmədilər. Hətta ən sadə humanitar yardımların göstərilməsində belə ayrı-seçkilik göz qabağındadır.

Həmin dövrün kadrlarından hər şey aydın görünür. Müstəqilliyi yenidən bərpa edilən, torpaqları işğala məruz qalan bir dövlət üçün ac-yalavac köçkünlər, ölkənin müxtəlif yerlərində on minlərlə çadırlar, qışın şaxtalı günlərində evsiz-eşiksiz, ağır şəraitdə olan insanların taleyi indi ermənilər üçün dəridən-qabıqdan çıxan xarici donor təşkilatların heç birini narahat etmirdi. Bütün bu çətinlikləri məhz Azərbaycan dövləti öz imkanları hesabına aradan qaldırmağa, problemi qismən də olsa azaltmağa çalışırdı. Həmin dövrdə Qərbin aidiyyəti təsisatlarından heç biri Bakıya telefon açıb  demədi ki, biz sizin qaçqın və məcburi köçkünlərinizə yardım etmək istəyirik. Lakin bu gün 40-50 min Qarabağ ermənisi üçün elə təşkilatlanıblar ki, sanki onları Qarabağdan zorla, məcbur çıxaran olub. Bu da Qərbin növbəti ikili standartlar siyasətindən başqa bir şey deyil.

Müharibə qurtarsa da Ermənistanın Azərbaycana qarşı əvvəlki işğalçılıq siyasəti tam aradan qalxmayıb. Ona görə də ölkəmizdə  hələ də öz evinə, torpağına qayıda bilməyən yüz minlərlə soydaşımız var. Amma onlar yenə də həmin təşkilatların yadına düşmür, heç bir humanitar yardım göstərilmir. Lakin Qarabağdan çıxan ermənilərə yardım üçün Qərb təsisatlatı sıraya düzülüblər. Bu gün ermənilərə yardım barədə bağıran donor təşkilatlar azərbaycanlılardan söhbət düşəndə sükuta qərq olurlar. Bütün bunlar düşünməyə əsas verir ki, Qərb təsisatları üçün ağızdolusu danışdıqları beynəlxalq hüquq, insan haqları, humanizm prinsipləri heç də prioritet deyil.

Ağdərədə yaşayan, quzu dərisinə bürünmüş çaqqal erməni yolda ona sual verən jurnalistə Azərbaycan dilində cavab verib dedi ki, Allah haqqı ermənilər millət deyil. Ancaq sərhədi keçəndən sonra deyirmiş ki, guya bu sözləri ona zorla dedizdiriblər. Görəsən, qərbdəkilər hələ də millət olmayan erməni toplumunun nəyinə aşiq olublar? Havayı yerə deməyiblər ki, oğraş oğraşı tapar...

Vəli İlyasov, "İki sahil"