Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.
“İki sahil” Axşam.az-a istinadla xəbər verir ki, buna səbəb xanəndənin səhhətindəki problemlər olub.
O, konservatoriyadakı fəaliyyətini professor kimi davam etdirəcək.
Kafedra müdiri vəzifəsinə isə Xalq artisti Mənsum İbrahimov təyin olunub. O qeyd edib ki, sentyabrın 5-dən vəzifəsini icra etməyə başlayıb: “Ötən gün Arif Babayevin evinə getdim, xeyir-duasını aldım”.
Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası