07 sentyabr 2023 01:57
402

Vandalizm, qana hərislik, insanlığa nifrət

Bu antibəşəri əməllərin daşıyıcısı olan erməni toplumu ərazilərimizə XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının iki imperiya arasında bölüşdürülməsi nəticəsində köçürülüb

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı apardıqları düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Vaxtilə çar Rusiyasının köməyi ilə Azərbaycan torpaqlarına köçürülən mənfur ermənilər xalqımıza qarşı çoxsaylı soyqırımlar, vəhşiliklər və qətliamlar, ərazilərimizdə misli görünməyən dağıntılar törətmişlər. Erməni vandalları 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və s. tarixi torpaqlarımızda dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklər törədiblər. Yüz minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib, olmazın işgəncələrin qurbanı olub. Ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir.

Yaşlı vətəndaşlarımızın əksəriyyəti Stalin dövründə xalqımızın başına açılan faciələri ürək ağrısıyla xatırlayır. 1942-1953-cü illərdə məhz onun fitvası ilə yüz minlərlə soydaşımız tarixi Qərbi Azərbaycan torpaqlarından zorla sürgün edilib və bu didərgin insanların bir çoxu Azərbaycanın şiddətli quraqlıq olan aran bölgələrində zorla məskunlaşdırılıb. 150 mindən artıq günahsız insan məhz həmin dövrün etnik təmizləmə siyasətinin qurbanı olub. Qərbi Azərbaycandan didərgin düşən həmvətənlərimiz həmişə ermənilərin onlara qarşı qəddarlığından, vəhşiliyindən ürək ağrısı ilə danışıblar. Acı təəssüf və ikrah hissi yaranır ki, Ermənistan ərazisində yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində sayca on qat az olan ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdi. Ermənistanda yaşayan soydaşlarımıza çox nadir hallarda vəzifə verildiyi halda, bu qondarma vilayətin bütün rəhbər strukturlarına erməni millətinin nümayəndələri təyin edilmişdi.

XX əsrin sonlarına yaxın, yəni Mixail Qorbaçov kimi qaniçən bir diktatorun Sovet İttifaqına rəhbərliyi dövründə hiyləgər ermənilər onu ələ alaraq 1988-ci ildən etibarən Qarabağ bölgəsində işğalçılıq məqsədlərini davam etdirməyə nail oldu. Bu zaman Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Vətənimizin qədim, əzəli torpaqları olan Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan düşmən tərəfindən işğal edildi. Ermənilərin növbəti qəsbkarlıq siyasətinin nəticəsi olaraq 1 milyondan artıq vətəndaşımız ata-baba yurdlarından zorla didərgin salındı, 20 minə qədər azərbaycanlı qətlə yetirildi, 20 mindən çox dinc sakin yaralandı, 50 mindən çox adam əlil oldu, 4 min nəfərdən artıq azərbaycanlı isə əsir və girov götürüldü. Ötən əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımında isə bir qəsəbə yer üzündən silindi, 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürülərək ağlasığmaz işgəncələrə, təqiblərə məruz qaldılar.

Bir acınacaqlı məsələni vurğulamaq lazımdır ki, bu hadisələrdə düşmən sadəcə insanları faktiki məhv etməklə kifayətlənməyib, tarixi abidələrimizi darmadağın edib. Ermənilər bir çox abidələri, qədim yaşayış məskənlərimizi öz adlarına çıxmaqla milli irsimizə ağır zərbələr vurub, öz mənfur işğalçılıq, soyqırımı planlarını ört-basdır etmək üçün çoxsaylı yalanlar uydurublar.

Yeri gəlmişkən, bir faktı qeyd etməyə dəyər ki, bədnam ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndər Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı Fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı Fərmana əsasən, 1918-ci ilin martında xalqımıza törədilmiş qətliama siyasi qiymət verilib. Sənədə uyğun olaraq 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Elə həmin vaxtdan da bu gün hər il dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir.

“Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir” deyən Ulu Öndər tövsiyə edirdi ki, bu hadisələrin, yəni, ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərin cəmiyyətdə təbliğ edilməsi, kütləvi nəşrlərdə və informasiya vasitələrində bu hadisələr barədə geniş məlumat verilməsi gənc nəslin vətənpərvərlik, düşmənə sonsuz nifrət ruhunda tərbiyə edilməsində az rol oynamır.

Bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı mötəbər tədbirlərdə, beynəlxalq qurumların və nüfuzlu ölkələrin rəsmiləri ilə görüşlərində dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur və digər ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Yəni, indiki Ermənistan Respublikası Azərbaycan torpaqları üzərində yaradılıb. Bunu sübut etməyə ehtiyac yoxdur, bu tarixdir.

Erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri olub. Heydər Əliyev Fondunun xətti ilə Qarabağ həqiqətləri geniş miqyasda təbliğ olunub, həm ölkə daxilində, həm də xaricdə vacib tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” kampaniyası son illər geniş bir hərəkata çevrilib. Leyla Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə dünyanın 70-dən çox ölkəsində Xocalı ilə bağlı konfranslar, sərgilər təşkil olunub. Bu gün “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının çağırışı BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlarda eşidilir.

Heydər Əliyev Fondu tərəfindən hazırlanmış nəşrlərdə qeyd olunan faktlar da sübut edir ki, erməni faşistləri xalqımıza qarşı nə qədər qaniçən olublar. “Armenakan”, “Hnçak”, “Erməni gizli azadlıq ordusu”, “ASALA”, “Erməni azadlıq cəbhəsi” və digər terrorçu təşkilatlar məhz Ermənistan dövlətinin dəstəyi ilə yaradılaraq müxtəlif qırğınların, soyqırımı aktlarının təşkilatçıları olub. Təkcə “Daşnaksütyun” partiyasının 30 aylıq hakimiyyəti dövründə Ermənistanda müsəlmanların sayı 77 faiz azalmışdı. Bu əyani sübutdur ki, bir partiya hakimiyyətdə olan zaman nə qədər cinayətlərin real təşkilatçısına çevrilib.

Cavid Əkbərov, “İki sahil”