04 sentyabr 2023 12:34
362

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suverən hüquqları çərçivəsində atılmış legitim addımdır

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Zəfərdən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Uzun illər işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır.

2023-cü il aprel ayının 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində, Həkəri çayı üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi yaradıldı. Belə bir təşəbbüsü, belə bir strukturun yaradılmasını işğala meyilli Ermənistan da, onun himayədarları da narazılıqla qarşılayacaqdı. Bu narazılığı Ermənistan “sərhəddə vəziyyəti gərginləşdirmə, Qarabağ bölgəsində humanitar böhran yarat­ma cəhdi” kimi ictimailəşdirməyə səy göstərdi. Bu cəhdin gerçək səbəbi həm başqa bir dövlətin daxili işlərinə qarışmaqdı, həm də öz xarici siyasətinin mahiyyətini “pərdələməkdi”. Laçın Azər­baycanın ərazisidir, işğaldan azad edilib. Dövlət öz ərazisində istənilən hü­qu­qi qurum ya­ra­da bilər. Bu qurum başqa bir dövləti (dövlətləri) niyə narahat etməlidir? Düz­gün, xarici siyasət aparan dövlət belə qurumların yaranmasından qətiyyən narahat olmamalıdır. “Laçın” nəzarət-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yer­ləş­dirilmiş erməni silahlı birləşmələrinin çıxarılmasında, separatçıların tərksilah olunması pro­se­sində əhəmiyyətli olacaq. Ermənistan da, onun havadarları da məhz bundan narahatdır.
Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Ko­mi­təsinin əməkdaşlarının istər Azərbaycan ərazisinə daxil olan ermənilərin, istərsə də ölkə­miz­də yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxla­ması Azərbaycan üçün, bu baxımdan dünyəvilik üçün son dərəcədə gərəklidir.
“Laçın” sərhəd-buraxılış məntəqəsi İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi Qə­ləbədən sonra regionda yaranmış yeni reallığın tərkib hissəsidir və o, Azərbaycan dövlətinin ən böyük dövlətçilik nailiyyətlərindəndir. Bu məntəqə regionun geosiyasi mənzərəsini də də­yiş­­dirdi, qələbəmizi beynəlxalq müstəvidə bir daha rəsmiləşdirdi. Bu sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının da qarşısını alır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması strateji əhəmiyyətə malikdir və yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması,həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir.

Bütün bu nailiyyətlərin önündə dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır.

Nəcəfağa Rəhimov,
YAP Xətai rayon təşkilatının fəalı,
Beynəlxalq münasibətlər üzrə mütəxəssis,
Politoloq