Tiranada “Azərbaycan mədəniyyəti həftəsi” keçirilir.
“İki sahil” xəbər verir ki, həftə çərçivəsində Tirananın “Reja-The Could” açıq havada müasir üslubda yaradılan pavilyonda kino sənətinin əvəzsiz incilərindən olan 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi nümayiş olunub.
Qeyd edək ki, nümayişdə həmin filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib.
Həmçinin Tirananın mərkəzi İtaliya meydanında Azərbaycan Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi “Buta” etno-caz musiqi qrupunun konserti olub.
Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib.
Musiqiçilərin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb./azərtac/
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçiriləcək
Xalq artisti Tünzalə Ağayeva Xorvatiyada “Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi - VİDEO
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası