27 avqust 2023 22:53
273

7 qollu oyunda "Barselona" qələbə qazandı

"Barselona" bu gün İspaniya La Liqasında nöbəti oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Kataloniya təmsilçisi səfərdə "Vilyarreal"la qarşılaşıb. Maraqlı və gərgin keçən matç qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Barselona" hazırda turnir cədvəlində 7 xalla 3-cüdür. 3 xalı olan "Vilyarreal" isə 13-cü pillədədir. 

"Vilyarreal" - "Barselona" - 3:4

Qollar: Xuan Fout, 26, Aleksander Sorlot, 40, Aleks Baena, 50 - Qavi, 12, Frenkie de Yonq, 15, Ferran Torres, 68, Robert Levandovski, 71