03 avqust 2026 18:12
97

“Sumqayıt” braziliyalı hücumçu transfer edib

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

“İki sahil” xəbər verir ki,  klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son komandası Braziliya “Kaşias”ı olan hücumçu Jam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 31 yaşlı forvard Braziliyanın “Fortaleza” klubunun yetirməsidir.